Düşünmək və fikir yürütmək qabiliyyəti əsas fikri əməliyyatlar aparmaq bacarıqları - təhlil, tərkib, müqayisə, təsnif etmə ilə bağlıdır. İnsanın müəyyən müstəqil qərar qəbul etməsi üçün bu fikri əməliyyatlar çox zəruridir.
Şagirdin intellektual bacarıqlarına, əsasən, onun təlim fəaliyyəti bacarıqları aiddir. Bu bacarıqlar bir sıra fənlərin tədrisi zamanı formalaşır və ümumi (yəni bütün fənlərin öyrənilməsində istifadə olunan ümumı pedaqoji) və xüsusi, (yəni hər hansı bir sahəni mənimsəmək üçün istifadə olunan bacarıqlar) – deyə iki yerə bölünür. Bunlardan başqa, müstəqil işləmə bacarıqları da olur.