I Əxlaq haqqında ümumi məlumat.
Əxlaq – hər hansı cəmiyyət tərəfindən qəbul edilmiş davranış qaydalarının məcmususdur.
Əxlaq – ictimai şüurun formalarından biri kimi həm də fəlsəfi kateqoriyadır.
Fəlsəfi baxımdan əxlaq məsələlərinin, əxlaqi ketfiyyətlərin və qaydaların mənşəyini, formalaşması mexanizmini, cəmiyyətdə rolunu və s. tədqiq edən elm – “etika” adlanır.
Cəmiyyət həyatında mühüm rol oynayan ictimai münasibətləri tənzimləyən qayda və normaları iki qrupa ayırmaq olar: əxlaqi normalar və hüquqi normalar.
cəmiyyətdə könüllülük əsasında formalaşan, insanların əksəriyyəti tərəfindən qəbul edilən və əməl olunan davranış normaları və qaydaları-əxlaqi normalar və qaydalardır;
dövlət tərəfindən qanun halına salınan, icrası hamı üçün məcburi olan, əməl edilmədikdə müəyyən cəza tədbirləri ilə müşayət olunan normalar-hüquqi normalardır.
Dostları ilə paylaş: |