Kurs: I fənn: Pedaqogika


II Əxlaq tərbiyəsinin mahiyyəti və vəzifələri



Yüklə 298,36 Kb.
səhifə169/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   165   166   167   168   169   170   171   172   ...   242
II Əxlaq tərbiyəsinin mahiyyəti və vəzifələri.

Əxlaq necə formalaşır? Onun inkişafı üçün nə etmək lazımdır? Əxlaqın əsasını təşkil edən mənəviyyatın fitri səviyyəsi insan həyatı üçün kafidirmi və ya onu zənginləşdirmək lazımdır?

Bu kimi suallara cavab axtarılması nəticəsində “əxlaq tərbiyəsi” anlayışı meydana çıxır və məlum olur ki, hər bir insanın mənəviyyatının fitri səviyyəsi müxtəlif amillərin tələblərinə əsasən mütləq inkişaf etdirilməli, təkmilləşdirlməlidir.

Böyük Nəsirəddin Tusi yazırdı: “İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Əgər düzgün, ardıcıl, məqsədəuyğun, müstəqim xətlə (ən qısa yol ilə) hərəkət etsə, tədriclə elm, mədəniyyət, bilik və hikmətə yiyələnsə, təkamülə qadir olan fitri istedadı hədləri aşaraq onu bir mərtəbədən başqa bir mərtəbəyə, bir dərəcədən o biri dərəcəyə yüksəldər, dübbədüz gətirib arzu elədiyi məqsədə, ilahi nurun şəfəq saldığı ali məqama çatdırar və Allahın yaxın adamları cərgəsinə daxil edər; lakin yaradıcılığı fitri dərəcədə oturub qalsa, cilovu öz nəfsinin ixtiyarına versə, nəfsi onu aşağıya-heyvani mərtəbəyə sövq edər, şəhvani hissləri cuşa gətirər, qəbih, bəzi xəstələrə xas olan nalayiq hərəkətlərin artmasına səbəb olar, günbəgün, anbaan alçaldar, düşkünlük və naqisliyi artırar, yuxarıdan aşağıya yuvarladılan daş kimi, az bir müddət ərzində onu rəzalət çirkabının ən dərin yerinə salar və bu, onun ən dəhşətli sonu olar...



... İnsanın fitrətində bu iki istedad, iki xüsusiyyət olduğundan, peyğəmbərlər, filosoflar, imamlar, rəhbərlər, tərbiyəçilər, mürəbbilər və müəllimlərə də ehtiyac olur ki, bəziləri öz lütf və hikmətləri, bəziləri öz zülm və hakimiyyətləri sayəsində insanın diqqətini, çox da böyük zəhmət və hərəkət istəməyən, bəlkə, əksinə, veyllənmək və avaraçılığın məhsulu olan qəbih işlərdən yayındırıb, onu qəti iradə, coşqun fəaliyyət, dərin bilik, böyük əmək tələb edən, həqiqəti kəşf kimi əbədi bir səadətə yönəltsinlər; öyrətmə, mənimsəmə, möhkəmləndirmə, təlim və tərbiyə-etməklə insanı mövcudatın ən yüksək dərəcəsinə yüksəlt-sinlər.” (Xacə Nəsirəddin Tusi. Əxlaqi – Nasiri. Bakı,1989, səh 53-54)

Beləliklə əxlaq tərbiyəsi – cəmiyyətin tələblərinə müvafiq əxlaqi keyfiyyətlər formalaşdırılması üçün tərbiyə olunanların mənəviyyatına və davranışına məqsədyönlü və sistematik təsir göstərməkdir.

Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin