Mədəniyyətlərin inteqrasiyası, qlobalizm – “İnteqrasiya” – münasibətdə olan tərəflərin malik olduğu mənəvi – mədəni dəyərlərin qarşılıqlı olaraq qəbul edilməsi, qovuşması deməkdir. Təəssüf ki, müstəqillik qazanmış ölkələrin bir çoxunda, o cümlədən də Azərbaycanda sivil ölkələrin qabaqcıl mədəniyyətlərinə inteqrasiya dedikdə, həmin ölkələrin mədəni dəyərlərini birtərəfli qaydada qəbul etmək başa düşülür. Xüsusilə də gənclər arasında Qərbin “psevdomədəniyyətinə” aludəçilik artır. Bu vəziyyət hətta etnik və mədəni terrorizmin sürətlə yayılmasına səbəb olur. Narkomaniya, narkotik vasitələrin satışı, insan alveri, aqresssivlik, gənclər arasında qəddarlıq halları yaranır. Bütün bunlar əxlaqi mühitə və əxlaq normalarına da təsir göstərməyə bilməz.