III Əmək tərbiyəsinin sistemi:
əmək təlimi;
politexnik təhsil;
ictimai-faydalı əmək;
məhsuldar əmək;
Məktəblilərin iştirak etdikləri əmək növləri bunlardır:
məişət əməyi;
təlim əməyi;
ictimai-faydalı əmək;
məhsuldar əmək.
Məişət (özünəxidmət) əməyi
Məişət əməyi ailədən başlayır. Uşaq ən kiçik yaşlarından özünəxidmətə, öz işini özü görməyə alışdırılmalıdır. Özünəxidmət əməyi kiçik yaşlarından bir sıra əxlaqi və iradi keyfiyyətlər formalaşdırılmasına kömək edir:
məsuliyyət;
öz işinə cavabdehlik;
sahibkarlıq hissi;
dözümlülük;
çalışqanlıq;
əməksevərlik
Məişət (özünəxidmət) əməyinin məzmununa bunlar daxildir:
paltarını soyunma, geyinmə, təmizləmə;
yatağını döşəmə, yığma, qaydaya salma;
otağını təmiz saxlama;
qabları yumaq, mətbəxdə yerinə qoymaq, stola düzmək;
dəftər-kitabına üzqabığı çəkmək, təmiz-səliqəli saxlamaq;
həyətdə, bağçada, evdə bitkilərə və heyvanlara gücəmüvafiq qulluq etmək;
sinif otağını təmiz saxlamaq və s.
Təlim əməyi
Əməyin bu növünə bəzən “əqli əmək” də deyilir. Çünki təlim prosesində şagirdlərdən gərgin əqli fəaliyyət, ağır zəhmət və vaxt tələb olunur. Təlim əməyinin mürəkkəbliyi həm də ondadır ki, onun nəticələrindən bəhrələnmə dərhal baş vermir. Uşaq təlim əməyinin əsl dəyərinin sonralar həyatı boyu məlum olacağına çətin alışır.
Təlim əməyi zamanı şagirdlər müasir həyatın, istehsalatın və iqtisadiyyatın əsaslarına dair biliklərə yiyələnirlər. Onlar dərk edirlər ki, müasir istehsalatda müvəffəqiyyətlə çalışmaq ümumi təhsilin əsaslarına yiyələnmə səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.
Təlim əməyinin gedişi zamanı şagirdlər müxtəlif çətinliyə və müstəqillik dərəcəsinə malik əqli və praktik əməliyyatlara yiyələnirlər. Beləliklə də, onlarda idraki maraqlar, əqli fəaliyyətin səmərəli üsulları formalaşmış olur.
Təlim əməyinin əsas vəzifəsi şagirdə öyrənməyi öyrətmək, onu təlim əməyinin metodika və texnikasına yiyələndirmək, bilikləri müstəqil şəkildə qavraya bilmək imkanı verməkdir.
Məhsuldar əmək
Məhsuldar əmək maddi sərvətlər yaradılmasına yönəldilən və haqqı ödənilən əməkdir. Şagirdlər həyətyanı sahədə məhsul yetişdirməklə bu növ əməkdə iştirak edirlər.
Dostları ilə paylaş: |