1. Fəlsəfə ilə əlaqə.Fəlsəfənin sahələri olan etika, estetika, məntiq və s. ictimai həyatın sahələrini, o cümlədən təlim və tərbiyə məsələlərini də əhatə edir. Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqlarını müəyyən edir. Bu qanunlar pedaqoji gerçəkliyin ayrı-ayrı sahələrində də fəaliyyət göstərir. Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və tərbiyə prosesində mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəfdən elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, maddi aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavranması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə pedaqogikanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur.