V Fiziki tərbiyənin vasitələri aşağıdakılardır: Təbii amillər, oyun, məktəb turizmi,bədən tərbiyəsi dərsləri
Gimnastika bütövlükdə orqanizmin və onun ayrı-ayrı sistem və funksiyalarının inkişaf etdirmək məqsədi ilə aparılan xüsusi təm-rinlərdir. Gimnastikanın müxtəlif növləri ayırd edilir: əsas, gigiyenik, idman, bədii, istehsalat, müalicə gimnastikası.
Oyunlar fiziki təmrinlərin geniş yayılmış növüdür. Oyun həm fiziki, həm də mənəvi tərbiyə vasitəsidir. Oyunda uşaqların orqaniz-mi, fiziki qüvvələri, düşüncə bacarığı, hazırcavablıq, təşəbbüskarlıq inkişaf edir, kollektivçilik, yoldaşlıq və dostluq keyfiyyətləri for-malaşır
Oyunlar iki növdə olur: hərəkətli və idman oyunları. Hərəkətli oyunlar əsasən ibtidai siniflərdə, idman oyunları isə məktəbin orta və yuxarı siniflərində keçirilir.
İdman fiziki təmrinlərin daha mürəkkəb növüdür. İdmanda bədəni möhkəmlətmək vəzifəsi fiziki çalışmaların ayrı-ayrı növlə-rində (yüngül atletika, güləş, üzgüçülük, futbol, voleybol, basketbol, dama, şahmat və s.) yüksək nəticələr əldə etmək uğrunda mübarizə ilə qovuşur.
Turizm doğma diyarın təbiəti, tarixi və mədəni yerləri ilə tanışlıq, şagirdlərin görüş dairəsini genişləndirmək məqsədi ilə keçi-rilən yürüş və gəzintilərdir. O, uşaq və gənclərin fiziki dözüm-lüyünü, ətraf aləmə bələdliyini, sərbəstliyini təmin etməyə, kollektiv həyat və fəaliyyət təcrübəsi qazanmağa kömək göstərir.
İxtisas: Təhsildə sosial psixoloji xidmət
Kurs: I
Fənn: Pedaqogika
Mövzu: XXIV mövzu: İQTİSADİ VƏ EKOLOJİ TƏRBİYƏ
Ədəbiyyat siyahısı:
Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.
İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh
Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.
Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.
Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
PLAN
İqtisadi tərbiyənin mahiyyəti
İqtisadi tərbiyənin yolları
Ekoloji tərbiyənin mahiyyəti və əhəmiyyəti
Ekoloji tərbiyənin vasitə və yolları
I İqtisadi tərbiyənin mahiyyəti.
Dostları ilə paylaş: |