Nəzarət metodları qarşıya qoyulmuş məqsədin praktik olaraq həyata keçirilməsi qaydasıdır.
Nəzarət metodları bunlardır:
müşahidə;
təhlil;
müsahibə;
sənədlərin öyrənilməsi;
anketləşdirmə;
xronometraj;
yazılı və ya şifahi sorğu.
III Məktəbin tədris-maddi bazası - şagirdlərin dövlət təhsil standartlarına tədris planları və proqramlarına uyğun olaraq hazırlanması və həmçinin elmi tədqiqatlar aparılması üçün zəruri olan maddi və texniki vasitələr kompleksidir.
Tədris maddi bazaya aiddir:
Tədris-laboratoriya bazası – tədris binası:
siniflər;
kabinetlər;
laboratoriyalar;
emalatxanalar;
kitabxana;
İKT və digər əyani vasitələr.
Trenajor-məşq bazası:
Məşq avadanlığı;
İdman kompleksi.
ibtidai hərbi hazırlıq bazası:
atıcılıq tiri;
idman yolları, cığırları.
İnformasiya təminatı bazası:
dərsliklər və dərs vəsaitləri;
metodik ədəbiyyat, lüğətlər və sorğu kitabları;
Nizamnamə və normativ sənədlər.
İstilik, su – elektrik təsərrüfatı, həyətyanı sahə, anbarlar və s.
İxtisas: Təhsildə social psixoloji xidmət
Kurs: I
Fənn: Pedaqogika
Mövzu: XXVIII mövzu: ÜMUMTƏHSİL MƏKTƏBİNİN İDARƏ OLUNMASIVƏ ONA RƏHBƏRLİK
Ədəbiyyat siyahısı:
Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.
İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh
Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.
Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.
Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
PLAN
Məktəbin idarə olunması və ona rəhbərlik.
Məktəbdaxili nəzarət.
Məktəbin tədris-maddi bazası.
I Məktəbşünaslıq ümumi pedaqogikanın sahəsi olub, məktəb işinin məzmununu idarəetmə yollarını, məktəbə rəhbərlik sisteminin xüsusiyyətləri və təşkilati işlərini öyrənir. Məktəbşünaslığın predmetinə, həmçinin müxtəlif tip məktəblərin təşkili, ərazidə yerləşdirilməsi, onlara rəhbərlik və maliyyə məsələlərinin həlli daxildir.
Ümumtəhsil məktəbi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumtəhsil məktəbinin Nizamnaməsi əsasında qurur.
Məktəbə rəhbərlik edərkən təlim-tərbiyə prosesinin özünə-məxsus qanunauyğunluqlarını nəzərə almaq vacibdir. Tədris tərbiyə prosesini idarə etməkdə məqsəd şəxsiyyətin ahəngdar inkişafını təmin etməkdir. Tərbiyə, təhsil prosesi dövlət təhsil sistemi, ictimai təşkilatlar və ayrı-ayrı vəzifəli şəxslər tərəfindən idarə olunur. Təh-silin quruluşuna və sisteminə nazirlik, Muхtаr Rеspublikа, vilаyət, təhsil nаzirliyi, təhsilin rаyоn, şəhər şöbələri dахildir. Bunlаrı Аzər-bаycаn dövlətinin təhsil nаzirliyi idаrə еdir. Nаzirlik bütün tip mək-təblər, univеrsitеtlər, institutlаr, оrtа iхtisаs məktəbləri, pеşə-tехniki məktəblər üçün tədris plаnı və prоqrаmlаrı hаzırlаyır və təsdiq еdir. Nаzirlik həmçinin icbаri təhsil qаnununun yеrinə yеtirilməsinə, məktəblərdə təlim-tərbiyə məsələlərinin dözgün qоyuluşuna, mək-təblərin mаddi texniki bаzаsının zənginləşməsinə, müəlimlərin, məktəb rəhbərlərinin, pedaqoji kadrların iхtisаslаrının аrtırılmаsınа, yenidən hazırlanmsana nəzаrət еdir və bütün bunlаr üçün məsuliy-yət dаşıyır.
Müasir dövrdə məktəbdə təlim-tərbiyə işlərinə rəhbərliyin elmi səviyyəsinin yüksəldilməsi yolları, təxmi-nən aşağıdakılardır:
təlim-tərbiyə prosesi vəzifələrinin dəqiq müəyyən edilməsi və bunun hər bir məktəbin konkret şəraiti üçün nəzərə alınması;
məktəbdə vəzifələrin səmərəli, dəqiq bölünməsi, işçilərin qabiliyyət, təcrübə və imkanlarından məqsədəuyğun istifadə edilməsi;
təlim-tərbiyə prosesinin intensivləşdirilməsi, daha səmərəli forma və metodlarının müəyyən edilməsi;
hər bir məktəb işçisinin vaxtından səmərəli istifadə etməsi;
məktəbin maddi-texniki bazasından, maddi və maliyyə ehtiyatlarından düzgün və daha məqsədəmüvafiq istifadə edilməsi;
müəllim və şagirdlərin yüksək iş qabiliyyətinin təmin edilməsi, məktəbdə sağlam, yaradıcı mühit yaradılması.
məktəbin idarə edilməsinin elmi səviyyəsinin yüksəldilməsində obyektiv və vaxtında verilən informasiyanın olması vacibdir.
Məktəb işinin müvəffəqiyyəti məktəbə rəhbərliyin düzgün təşkilindən asılıdır. Məktəbə rəhbərliyin düzgün təşkili aşağıdakıları nəzərdə tutur:
Ümumiyyətlə pedaqoji kollektivin və ayrıca hər bir məktəb işçisinin, eyni zamanda özünün fəaliyyətinin elmi təhlili.
Planlaşdırma və proqnozlaşdırma.
Kollektivin işinin təşkili (dəqiq vəzifə bölgüsü, məktəb işçilərinin təlim-tərbiyəsi).
Şəxsi pedaqoji fəaliyyət.
Təlim-tərbiyə prosesinə rəhbərlik və ona nəzarət.
İnzibati-təsərrüfat və ictimai fəaliyyət.
Dostları ilə paylaş: |