Məktəbdə metodiki işin bir qolu da qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, onun praktikada tətbiq edilməsinin təşkilidir. Bu işdə məktəbin rəhbəri başlıca rol oynayır. Qabaqcıl pedaqoji təcrübəni öyrənməklə yanaşı, məktəbin direktoru onu yaymağı bacarmalıdır. Qabaqcıl pedaqoji təcrübəni yaymağın aşağıdakı metodları vardır:
şifahi təbliğat: qabaqcıl təcrübəni öyrənmiş müəllimin və ya hər hansı şəxsin metodbirləşmələrdə, pedaqoji şuralarda, seminarlarda, konfranslarda, pedaqoji qiraətlərdə çıxışlarını təşkil etmək;
qabaqcıl təcrübənin ən təsirli və səmərəli yayılma metodu dərslərdə və dərsdənkənar tədbirlərdə iştirak etməkdən, planlarla, icmallarla, didaktik materiallarla, müəllimin və şagirdlərin dəftərləri və digər növ işləri ilə tanış olmaq yolu ilə qabaqcıl təcrübəni nümayiş etdirmək.
qabaqcıl təcrübənin yayılmasının metodlarından biri də əyani təbliğatdır.
Yəni daim fəaliyyət göstərən sərgilərin, metodik guşələrinin və s. təşkilidir.