Kurs: I fənn: Pedaqogika


I Pedaqoji peşənin mahiyyəti



Yüklə 298,36 Kb.
səhifə237/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   234   235   236   237   238   239   240   241   242
I Pedaqoji peşənin mahiyyəti.

Pedaqoji peşə - pedaqoji prosesin təşkiledici, istiqamətləndirici tərəfinin funksiyalarını həyata keçirən şəxsin fəaliyyət sahəsidir. Bu peşə sahibinə müəllim, yaxud pedaqoq deyilir.

Bu iki anlayış nə qədər yaxın mənalar ifadə etsələr də, mahiyyətcə müəyyən fərqləri də vardır:

Hər bir pedaqoq müəllimdir. Amma hər bir müəllim pedaqoq ola bilmir.

Müəllim sırf tədris proqramı üzrə işlədiyindən zəruri materialı hazır modellərlə şagirdlərə çatdırır. Bu halda tədris proqramı tam öyrədilə bilmir. Buna görə də dərsdən əlavə onu (eyni biliyi) tamamlamağa bir sıra əlavə təşkilat formaları lazım olur.

Pedaqoq isə tədris standartları üzrə, həm də müstəqillik və yaradıcılıqla işlədiyindən, həmin materialı öyrədərkən konkret şəraitə uyğun olan modeli anındaca müəyyən edir və auditoriyanın ruhunu stimullaşdıra bilir.


  • Pedaqoq ünsiyyətdə olduğu auditoriyanın səviyyəsinə uyğun nəticəni əvvəlcədən hiss edir, bir çox hallarda isə nəticəni əvvəlcədən müəyyən edir və proses zamanı məhz bu nəticəni axtarır.

Müəllim isə pedaqoji proses zamanı müvəffəqiyyətin yolunu axtarır, nəsə qeyri-müəyyən bir şeyi tapmağa çalışır.

  • Müəllim şagirdin sualına cavab verir. Ən yaxşı halda sual ətrafında daha əhatəli cavabla mahiyyəti izah edir.

Pedaqoq isə bunlarla yanaşı, həm də şagirdin bu sualı niyə verdiyini, nə üçün məhz bu cür verdiyini təhlil edir, özünü şagirdin yerinə qoyur.

Müəllim isə bütün sinifə vahid yanaşma tətbiq etdiyindən, hər şagirdə özünün bir hissəsini təqdim edə bilir və beləliklə də bir tam pedaqoq qədər də müvəffəq ola bilmir.

  • Müəllim, cavabları onu qane etməyən şagirdinə aşağı qiymət yazmaqla işini bitmiş hesab edir.

Pedaqoq isə bu cür şagirdə əlavə (bəzən hətta məsələ ilə bağlı olmayan) şanslar verərək gələcək pedaqoji təsir üçün istiqamət nöqtəsi axtarır.

  • Müəllim inadla müəyyən müddəanın düzgünlüyünü sübuta çalışır.

Pedaqoq isə həmin müddəanın təkzib yolu ilə öyrənilməsini də önə çəkir. “Başqa cür ola bilərmi?” sualını daha çox pedaqoq işlədir.

  • Pedaqoq az mənbədən çox nəticə çıxarandır, müəllim isə çox mənbədən az nəticə ilə kifayətlənən.

Müəllimlə pedaqoqun fərqinə dair Azərbaycan pedaqoji fikir tarixindən daha mükəmməl bir misal göstərək:

Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin özünə mürşid (müəllim) axtara-axtara Şirazda məşhur Sufi Əmir Abdullahla görüşür. Əmir Abdullah onu dinlədikdən sonra ona Şeyx İbrahim Zahid Gilani ilə görüşməyi məsləhət bilir. Şeyx Səfiəddin Şeyx Zahid Gilani ilə görüşdə ondan soruşur ki, “Əmir Abdullah məni iki saat dinlədikdən sonra sizi nişan verdi, dedi ki, sənin çarəni ancaq Şeyx Zahid Gilani bilir, onun yanına get... Hərçənd ki, Əmir Abdullah sizdən daha məşhurdu, daha böyük nüfuz sahibidir...”

Bu sözləri dinləyən Şeyx Zahid Gilani çox gözəl bir kəlimə ilə məsələni bağlayır: “Əmir Abdullah atlıdurur, ancaq atlanduramaz.”

Kəlimənin hikmətinə varaq: Əgər bir insan atlıdırsa, yanındakı piyadaya ata minməyi öyrətmək üçün gərək müvəqqəti də olsa, atdan ensin, onun kimi piyada olsun. Pedaqogika diliylə desək, müəllim öz tələbəsinin düşüncə səviyyəsinə enib, aşağıdan ona informasiya verməli, yardımçı olmalıdır. Yəni onun dilində danışmalıdır. Bu isə o qədər də asan deyil. (İlqar Fəhmi. “Qızılbaş metafizikası, Səfəvi mistikası”. “Ədəbiyyat” qəzeti, 17 dekabr, 2016-cı il.)

Bu misalda dərin biliyə malik atlı Əmir Abdullah – müəllim, başqasını atlandıra bilən Şeyx Zahid isə pedaqoq nümunəsindədir.

Buradan belə çıxmasın ki, hər bir müəllim istənilən vaxt pedaqoq kimi hərəkət edə bilər. Müəllimlik peşədir, onu öyrənmək olar. Pedaqoqluq isə vergidir, daha çox metafizik mənbənin doğurduğu qabiliyyətdir.




Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin