Konstruktiv bacarıqlarvasitəsilə müəllim pedaqoji prosesi layihələşdirir.
Kommunikativ bacarıqlar uşaqlarla, onların valideynləri ilə, müəllim yoldaşları ilə pedaqoji əlaqələri düzgün qurmağa kömək edir.
Təşkilatçılıq bacarıqlarının köməkliyi ilə müəllim öz pedaqoji fəaliyyətini, təlim-tərbiyə işlərini səmərəli qurur.
IV Müəllimin pedaqoji ustalığı
Pedaqoji ustalıq– müəllimin yüksək mədəni baxışları, biliyi, geniş dünyagörüşü, əxlaqi keyfiyyətlərinin vəhdəti kimi təzahür edən pedaqoji qabiliyyətdir.
Pedaqoji ustalığın tərkib hissələrinə bunlar daxil etmək olar: