Tərbiyə olunan - uşaq – pedaqoji prosesin obyekti kimi müəyyən pedaqoji məqsədlər və mütəşəkkil təsirlər nəticəsində dəyişən, inkişaf edən fərdiyyətdir. Pedaqoji prosesin subyekti kimi uşaq öz təbii imkanları və tələbatları əsasında inkişaf edən, yaradıcı, özünütəqdimə, tələbatlarını ödəməyə, maraq və meyllərini təmin etməyə çalışan, pedaqoji təsirləri fəal şəkildə mənimsəyən və onlara müqavimət göstərən şəxsiyyətdir.
Pedaqoji prosesin məzmununa bəşəri təcrübənin əsasları daxil edilir.
Bəşəri təcrübənin əsaslarına aiddir:
elmlərin əsasları – yəni elmi biliklərin yeni istiqamətlərini yaradan, bütün qohum və yaxın elmlərin mahiyyətini dərk etməyə imkan verən ana elmlər qrupu;
ictimai münasibətlər – buraya mülkiyyət münasibətləri, iqtisadi, siyasi, əxlaqi, hüquqi, estetik münasibətlərin formaları haqda əsas anlayışlar daxildir;