dar mənada mühit dedikdə - uşağı bilavasitə əhatə edən, gündəlik həyatda onun hərtərəfli inkişafı üçün istifadə olunan vasitələr başa düşülür;
geniş mənada mühit dedikdə - uşağın böyüdüyü təbii şərait, həmçinin ölkənin ictimai quruluşu, dövlətin inkişafa yaratdığı şərait, xalqın milli adət-ənənələri, məişət və mədəniyyəti başa düşülür.
Təcrübə göstərir ki, mühit inkişafa müsbət təsir göstərməklə yanaşı, onu ləngidə, neqativ təsir göstərə də bilər. Buna görə də müasir pedaqogikada “inkişafetdirici mühit” anlayışı da formalaşmışdır.