|
III Şəxsiyyətin inkişafı və tərbiyə
|
səhifə | 45/242 | tarix | 10.01.2022 | ölçüsü | 298,36 Kb. | | #107538 | növü | Mühazirə |
| III Şəxsiyyətin inkişafı və tərbiyə
Şəxsiyyətin inkişafı və formalaşmasında tərbiyənin səmərəli rolu, hər şeydən əvvəl, onun məqsədəyönlü, sistematik xarakter daşımasıdır. Bundan başqa:
tərbiyə irsiyyət və mühitin şəxsiyyətin inkişafına təsirini nizamlayır;
tərbiyənin gücü - inkişafa məqsədyönlü, sistematik və düzgün rəhbərlikdədir;
tərbiyənin səmərəliliyi uşağın tərbiyəvi təsiri necə qəbul etməsindən asılıdır.
tərbiyənin zəif cəhətləri:
insanın fərdi şüurunun iştirakına əsaslanmasıdır;
tərbiyə şəxsiyyətin inkişafında yeganə həlledici amil deyil;
yalnız mövcud təbii imkanların inkişafını təmin edə bilir;
şəxsiyyətin inkişafına təsir edərkən, özü də inkişafdan asılı olur;
Pedaqoji və psixoloji tədqiqatlar sübut edir ki, şəxsiyyətin inkişafına tərbiyəvi təsirin səmərəsi iki inkişaf zonasına uyğun tətbiqdən asılıdır:
“fəal inkişaf zonası”; bu səviyyədə uşaq bütün tapşırıqları müstəqil şəkildə özü yerinə yetirir;
“ən yaxın inkişaf zonası”; bu səviyyədə uşaq tapşırıqları böyüklərin köməyi ilə yerinə yetirir. (L. S. Vıqotski )
Tərbiyənin vəzifəsi “ən yaxın inkişaf zonası” nı yaratmaqdır ki, bu yolla sonradan “fəal inkişaf zonası”na keçilə bilsin.
Dostları ilə paylaş: |
|
|