Kurs: I fənn: Pedaqogika


III Kiçik məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri



Yüklə 298,36 Kb.
səhifə51/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   242
III Kiçik məktəbyaşlı uşaqların psixofizioloji xüsusiyyətləri:

Məktəb yaşına keçid uşaqların fəaliyyətində, ünsiyyətində, başqaları ilə münasibətdə ciddi dəyişikliklərlə müşayət olunur. 6-7 yaşlarında uşağın həyatında ilk böyük dəyişiklik baş verir: təlim əsas fəaliyyət növünə çevrilir, yeni vəzifələr meydana gəlir, həyat tərzi dəyişir.



  • Müasir birinci sinif şagirdinin fərqləndirici xüsusiyyətlərinə bunları aid etmək olar:

  • müəllimlərlə, böyüklərlə münasibətin həddən artıq “azad”, “demokratik” xarakteri;

  • məktəbin intizam qaydalarına biganəlik, məsuliyyətsizlik, bəzən etiraz;

  • inkişafın, xüsusilə texnoloji inkişafın yüksək sürəti;

  • öz hərəkətlərində, hisslərinin ifadəsində geniş azadlıq;

  • yeni şəraitə, yəni adamlarla ünsiyyətə tez alışmaq;

  • televiziyaya, müxtəlif multimediya vasitələrinə hədsiz aludəçilik;

  • informasiya axınında sərbəst fəaliyyət göstərə bilmək və s.

Bütün bunlar məktəb pedaqogikasının, xüsusilə tərbiyə nəzəriyyəsinin çevik xarakter daşımasını tələb edir.

Kiçik yaşlı məktəblilərin anatomik xüsusiyyətləri:



  • boy artımı ləngiyir, çəki artır;

  • şümükləşmə inkişaf edir;

  • əzələ sistemi intensiv inkişaf edir;

  • bütün toxumalar artır.

  • Kiçik məktəbyaşı dövründə:

  • sinir sistemi təkmilləşir;

  • baş beyin yarımkürələrinin funksiyaları intensiv inkişaf edir;

  • beyin qabığının analitik və sintetik funksiyaları güclənir;

  • oyanma və ləngimə proseslərinin qarşılıqlı münasibətində dəyişikliklər baş verir: oyanma əvvəlki üstünlüyünü saxlasa da, ləngimə prosesləri getdikcə daha qüvvətli olur;

  • hiss orqanlarının dəqiqliyi yüksəlir.

Kiçik məktəbyaşlı şagirdlərdə qavrayış qeyri-sabit və qeyri-mütəşəkkil, lakin iti, emosional olur. Bu yaş dövrünün sonunda qavrayış məqsədyönlü fəaliyyət nəticəsində mürəkkəbləşir, dərinləşir və daha mütəşəkkil xarakter alır.

Kiçik yaşlı məktəblilərin diqqəti qeyri – ixtiyari, az davamlı, az həcmli olur. Bu dövrdə ixtiyari diqqət yaranması, diqqətin müəyyən obyekt üzərində cəmlənmə müddətinin artırılması üçün təlim motivlərindən, təlimə məsuliyyət hissi yaradılmasından düzgün istifadə səmərəli nəticələr verir.

Kiçik məktəbyaşlı şagirdlərdə təfəkkür emosional-obrazlı növdən mücərrəd-məntiqi növə doğru inkişaf edir. Bu dövrdə məktəbin əsas vəzifəsi uşağın ağlını inkişaf etdirərək səbəb-nəticə əlaqələrini başa düşə bilmək səviyyəsinə çatdırmaqdır.

Şagirdlərin idraki fəaliyyətində hafizənin böyük əhəmiyyəti vardır. Hafizə bu yaşlarda daha çox mexaniki xarakter daşıyır.

İbtidai siniflərdə gələcək sosial keyfiyyətlərin əsasının qoyulması işində məhsuldar əmək elementlərinin tərbiyəsinə də xüsusi fikir verilməlidir. Bunun üçün ən yaxşı üsul əməyin oyun fəaliyyəti ilə əlaqələndirilməsidir.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin