Didaktik sistemlər
Didaktik sistem dedikdə - prinsipial xüsusiyyətlərinə, müəyyən göstəricilərinə görə fərqlənən bütöv təhsil nəzəriyyələri başa düşülür.
Didaktikanın “Nə öyrətməli?”, “Necə öyrətməli?” kimi baş-lıca suallarına ilk cavabı şifahi xalq yaradıcılığı nümunələrində, ata-lar sözləri və zərbil-məsəllərdə, nağıl və dastanlarda tapmaq müm-kündür. Didaktik məsələlərə Sokrat, Platon, Aristotel, Seneka, Sise-ron, Nizami bir çox başqaları diqqət yetirmiş və faydalı fikirlər söyləmişlər.
Y.A.Komenskinin ideyaları orta əsrlərə məxsus məktəblərdə sxolastikanı inkar edərək, yeni tipli məktəbin yaranma zərurətini irəli atdı. Y.A.Komenski pedaqoji fikir tarixinə böyük məktəb isla-hatçısı, novator pedaqoq kimi daxil olmuş, pedaqogikanın bir elm kimi formalaşmasını təmin etmiş aşağıdakı məsələləri işləmişdir:
- təlimin ana dilində aparılması ideyasını irəli sürmüşdür;
- yaş dövrlərini müəyyən etmişdir.
Y.A.Komenskinin didaktikasının əsas müddəaları ilə bağlı belə ümumiləşmə vermək olar:
təlimin sinif-dərs sistemini irəli sürmüş, dərsin əlamətlərini, təşkili xüsusiyyətlərini “Böyük didaktika” əsərində təhlil etmişdir, hamının təhsil almasını zəruri saymışdır.
təlimin prinsipləri və metodlarını əsaslı şəkildə işləmiş, tə-limdə şüurluluq və fəallıq, əyanilik, biliklərin möhkəmləndirilməsi kimi prinsipləri geniş təhlil etmişdir.
tədris ilini müəyyən etmiş, onu rüblərə bölmüş, hər rübdə tə-tillərin verilməsini zəruri saymış, məcburi məşğələnin, dərsin aşağı siniflərdə dörd, yuxarı siniflərdə 5-6 saat (45 dəqiqə olmaqla) apa-rılmasını, tədris ilinin sentyabrda başlayıb iyunda qurtarmasını zə-ruri saymışdır.
şəkilli dərslik - “Real aləm şəkillərdə” adlı kitab yazmış, hə-min kitabda 150 şəkil əsasında 150 dərsin təşkili məsələlərini işlə-mişdir.
müəllim, onun şəxsiyyəti, mənəvi dəyərləri haqqında qiymətli fikirlər söyləmiş, müəllimi günəşə, memara, bağbana bənzətmişdir.
tərbiyənin məqsədi, məzmunu, metodları haqqında bu gün də əhəmiyyətini itirməyən fikirlər irəli sürmüşdür.
məktəb dərslikləri, onların tərtibi prinsipləri haqqında oriji-nal fikirlər söyləmişdir. Dərslikləri “Qızıl gül bağı”, “Bənövşə”, “Səhər”, “Qapı”, “Darvaza” və s. adlandırmağı məsləhət bilmişdir.
ailə tərbiyəsinə geniş yer vermiş, uşağı qızıldan qiymətli, şü-şədən kövrək adlandırmış, ana südünü ən müqəddəs qida hesab et-mişdir. O, ailə tərbiyəsinə dair qiymətli fikirlərini “Ana qucağı mək-təbi” əsərində vermişdir.
müharibələrin əleyhinə olmuş, qılınc və oxları orağa çevir-məyi zəruri saymış, insanlığın xoşbəxtliyini, normal yaşayışını tə-min etmək üçün hərbi cəbbəxanaları dağıtmağı irəli sürmüşdür. O, bu kimi ictimai-fəlsəfi fikirlərini “Dünyanın dolaşıq yolları” adlı əsərində şərh etmişdir.
II Didaktikanın müasir vəzifələri.
ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri nəzərə alınmaqla ümumi və peşə təhsilinin məzmununun, kurrikulumun işlənilib hazırlanması;
yeni tip təhsil müəssisələrində (gimnaziyalar, liseylər, kolleclər və s.) təlim-tərbiyə prosesinin təşkilinin elmi əsaslarının hazırlanması;
istedadlı gənclərin təhsili ilə bağlı məsələlərin tədqiqi;
şagirdlərin idrakı müstəqillik və fəallığının inkişafı və təkmilləşməsinin elmi baxımdan əsaslandırılması;
təlim prosesinin intensivləşdirilməsinə yönəldilmiş tədqiqatların genişləndirilməsi;
təlim fənlərinin inteqrasiyası yollarının əsaslandırılması;
təlim texnologiyalarının texniki əsasda inkişafının praktik həlli yollarının işlənməsi;
təlim prosesinin və təhsilin məzmununun humanizm prinsipi əsasında qurulması
Dostları ilə paylaş: |