Öyrənməyə müsbət münasibətin ən yüksək səviyyəsi motivlərin möhkəmliyi, perspektiv məqsədlər qoymaq bacarığı, təlim fəaliyyətinin nəticələrini qabaq-cadan görə bilmək, çətinlikləri aradan qaldırmaqdır.
Öyrənməyə mənfi münasibətdedikdə - motivlərin zəifliyi, təlim müvəffəqiyyətinin şagirdi maraqlandırmaması, qiymət xatirinə oxuması, qarşıya məqsəd qoymadan oxuması və ya oxumaq istəməməsi, məktəbə, müəllimlərinə mənfi münasibət bəsləməsi başa düşülür.
Neytral münasibət də təxminən, mənfi münasibət kimidir, ancaq həmin şagirdlərin qabiliyyət və imkanları olduğundan onlarda təlim motivləri yaratmaq asandır.
yaxşı icraçıların əsas motivləri: valideynləri sevindirmək, sinifdə nüfuz qazanmaq, müəllimin tərifinə layiq olmaq. Onlar çalışqandırlar, lakin təşəbbüskar deyillər;
intellektual təşəbbüskarlığa malik uşaqların müəyyən məsələyə öz münasibətləri olur, müstəqil çalışmağı, mürəkkəb məsələlərisevirlər;
çətinliyi sevənlər – təlim zamanı aktivlik göstərir, düzgün, ancaq zəif templə fikirləşir, həmişə gərgin olurlar;
dördüncü tipə aid olanlar müstəqil fikirləşə bilmir, buna görə də adətən, gözə görünməməyə çalışırlar.
Şagirdlərin təlimə münasibətini, adətən, aktivliklə xarakterizə edirlər.
Aktivlik – şagirdin öz fəaliyyət predmeti üzərində çalışma dərəcəsinin göstəricisidir.
Öyrənmənin motivləşdirilməsinin əsas amillərindən biri də müstəqillikdir. Müstəqillik – müəllimlərin bilavasitə köməyi olmadan şagirdlər tərəfindən fəaliyyətin obyektinin, vasitələrinin müəyyən edilməsi və həyata keçirilməsidir.
İdraki fəallığı yüksək olan şagirdlərin müstəqillik səviyyəsi də adətən, yüksək olur.