Öyrənmənin daimi və çox güclü təsirə malik motivlərindən biri maraqlardır. Maraq – hərəkətlərin real səbəbidir. Maraqları idraki tələbatların təzahür forması kimi də qəbul etmək olar.
Maraqlar təlim prosesində müəyyən qanunauyğunluqlarla fəaliyyət göstərir:
şagirdlərin maraqlarının onların biliklərinin səviyyəsi və keyfiyyətindən asılılığına dair qanunauyğunluq;
məktəblilərin maraqlarının müəllimlərə münasibətdən asılılığına dair qanunauyğunluq.