Kurs: I fənn: Pedaqogika


Motivlərin öyrənilməsi alqoritmi (göstərişlər sistemi)



Yüklə 298,36 Kb.
səhifə71/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   242
Motivlərin öyrənilməsi alqoritmi (göstərişlər sistemi):

  • təlim məqsədlərinin müəyyən edilməsi, dəqiqləşdirilməsi və müvafiq motivlərin təhlili;

  • motivləşdirmənin yaşlara görə imkanlarının aşkar edilməsi. Bu zaman iki suala dəqiq cavab tapılmalıdır:

  • məktəblilərdə motivləşdirmənin hansı göstəriciləri inkişaf etdirilməlidir?

  • şagirdlərin motivləşmə səviyyəsi yaş dövrlərinə, qarşıda qoyulan məqsəd və vəzifələrə nə dərəcədə uyğundur?

  • motivləşmənin başlanğıc səviyyəsinin aydınlaşdırılması;

  • hər bir qrupda, yaxud şagirddə üstün motivlərin dəqiqləşdirilməsi;

  • motivləşdirmənin fərdi xüsusiyyətlərinin öyrənilməsi;

  • motivləşmənin dəyişilmə səbəblərinin təhlili;

  • zəruri motivlərin formalaşdırılması. Fəaliyyət zamanı məzmunu, tapşırıqları dəyişdirmək, optimal çətinlik dərəcəsinə malik tapşırıqlardan istifadə, yarış və s.;

  • nailiyyətlərin qiymətləndirilməsi və gələcək fəaliyyətin planlaşdırılması.

Motivləşdirmənin formalaşdırılması üzrə işin gedişini və nəticələrini xüsusi kartda qeyd etmək lazımdır. Kartda aşağıdakı göstəricilərin ilkin səviyyəsi və sonrakı dəyişiklikləri qeyd olunur:

  • təlimə münasibət;

  • şagird hansı məqsədi qoyur və necə həll edir;

  • motivlər (nə üçün öyrənir);

  • emosiyalar (öyrənmə həyəcanları);

  • öyrənmə bacarığı;

  • təlim səviyyəsi (nəticələri);

  • öyrənmənin xarakteristikası (potensial imkanları).

  • Məktəblilərdə öyrənmənin mükəmməl motivləşdirilməsini formalaşdırmaq üçün aşağıdakı şərtlər təmin olunmalıdır:

  • öyrəniləcək məzmunu şəxsiyyət yönümlü maraqlı materialla zənginləşdirmək;

  • bütün şagirdlərə - (qabiliyyətli, geridə qalan, bivec) – humanist münasibət yaratmaq.

  • şagirdlərin idraki maraqlarını təmin etmək;

  • uşaqların öz aralarında maraqlı ünsiyyətini təşkil etmək;

  • təfəkkürü hisslərlə zənginləşdirmək;

  • hər şeylə maraqlanmaq keyfiyyətini inkişaf etdirmək;

  • öz imkanlarını qiymətləndirməyə alışdırmaq;

  • özünüinkişafa və özünütəkmilləşdirməyə səy göstərməyi formalaşdırmaq;

  • uşaqların təşəbbüskarlığını hər vasitə ilə dəstəkləmək;

  • təlimə məsuliyyətli münasibət tərbiyə etmək;



Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin