Sistematiklik və ardıcıllıq prinsipi tələb edir ki, tədris zamanı fənnin əhatə etdiyi elmin əsas sistemi mühafizə edilsin, həmçinin bilik, bacarıq və vərdişlər aşılanmasında müəyyən ardıcıllıq gözlənilsin.
Sistematiklik və ardıcıllıq prinsipinin əsaslandığı qanunauyğunluqlar
şagird real və həqiqi biliklərə o halda yiyələnir ki, ətraf aləm haqda dəqiq təsəvvürə malik olsun;
elmi biliklər formalaşdırılmasının əsas yolu müəyyən qaydada təşkil edilmiş təlim prosesidir;
elmi biliklər sistemi təlim materialının daxili məntiqi və şagirdlərin idraki imkanları ilə şərtlənən ardıcıllıqla yaradılır;
ayrı-ayrı mərhələlərdən ibarət təlim prosesi o vaxt daha səmərəli və müvəffəqiyyətli olur ki, o, fasiləsiz olsun, ardıcıllıq pozulmasın.
Sistematiklik və ardıcıllıq prinsipinin həyata keçirilməsi qaydaları aşağıdakılardır:
tədris fənni elmin kiçildilmiş surətidir. Şagirdlərə onun sistemi göstərilməli, fənn haqqında anlayış formalaşdırılmalıdır. Müntəzəm olaraq fənlərarası əlaqədən istifadə edilməlidir;
şagirdlərlə tədris materialının konspekti, struktur-məntiqi sxemi tərtib edilməlidir; bunlar biliklərin mənimsənilməsi prosesini asanlaşdırır;
təlimdə sistematikliyi və ardıcıllığı təmin etmək üçün əvvəl mənimsənilmişlər tez-tez yoxlanmalı və tək-milləşdirilməlidir;
anlayışlar izah edir, obrazlar cəlb edir, stimullar isə fəaliyyətə ruhlandırır;
bir neçə dərs müddətində mənimsəniləsi materialı bir dərsdə öyrətmək olmaz;
hər şey qırılmaz ardıcıllıqla elə aparılmalıdır ki, bu gün öyrənilən biliklər dünənkiləri möhkəmləndirsin və sabah öyrənəcəklərimizə yol açsın.