Müsahibə suallarına verilən tələblər:
suallar məntiqi ardıcıllığa malik olmalı, öyrə-nilən materialın mahiyyəti aşkarlanmalı, biliklərin sistem halında mənimsənilməsini təmin etməlidir;
suallar şagirdlərin inkişaf səviyyəsinə uyğun olmalıdır;
suallar aydın olmalı, şagirdlər nə soruşulduğunu başa düşməlidirlər;
sual düşündürücü olmalıdır;
mürəkkəb suallara yol verilməməlidir;
səhv cavab verməyə təhrik edən suallara yol verilməməlidir.
II Təlimin əyani üsulları.
İllüstrasiya – öyrədiləcək təlim materialını statik halda (dəyişmədən) təqdim etməkdir.
Demonstrasiya – öyrədiləcək materialın dinamikada (dəyişərək, hərəkətdə) təqdim edilməsidir. Demonstrasiya üsulu təlimin texniki vasitələrinin köməkliyi ilə həyata keçirilir.
Videometod
Öyrədiləcək təlim materialının – informasiyanın ekran vasitəsilə təqdimatının müxtəlif formalarının tətbiqi videometod deyilən yeni təlim üsulu meydana çıxarmışdır. İKT-nin təlim prosesinə getdikcə daha fəal tətbiqi nəticəsində həm biliklərin təqdim olunması, həm də onların möhkəmləndirilməsi, ümumiləşdirilməsi, nəzarət mərhələlərində videometoddan istifadənin səmərəsi artmışdır.
Dostları ilə paylaş: |