Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə87/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   242
Didaktik oyunlar

  • Bu üsulun tətbiqi zamanı müxtəlif problem-şəraitlər, əyləncəli situasiyalar yaratmaqla şagirdlərə çıxış yolunu tapmaq təklif olunur. Bu üsula bəzən “qaydalı oyunlar” da deyilir.


IV Dərslik və kitab üzərində müstəqil iş.

Müəllimin təlim tapşırığını şagirdin əqli və əməli fəaliyyət göstərərək, bunun üçün xüsusi olaraq ayrılmış vaxtda, bilavasitə kömək olmadan yerinə yetirməsinə şagirdlərin müstəqil işləri deyilir.
Müstəqil işlərin əlamətləri:

  • müəllimin bilavasitə iştirakı və kənar şəxlərin köməyi olmadan şagirdlərin müstəqil işləməsi;

  • əsasən, müəllim tərəfindən müəyyən edilmiş tapşırığın olması;

  • tapşırığın yerinə yetirilməsi üçün müəyyən vaxtın ayrılması;

  • müstəqil iş zamanı şagirdin təlim çətinliklərini aradan qaldırmaq üçün əqli və fiziki gərginlik keçirməsi;

  • müstəqil iş zamanı şagirdlərin ümumi inkişafının təmin edilməsi və tərbiyə məqsədlərinin həyata keçirilməsi;

  • Bu üsulun əsas üstünlüyü – şagirdin təlim materialını dəfələrlə, həm də özü üçün münasib vaxtda və tempdə öyrənməsidir.

  • Şagirdlərin kitab üzərində müstəqil işləmə bacarıq və vərdişlərin yaradılmamasının sonrakı fəsadları, təxminən, bunlardır:

  • yuxarı siniflərdə sürətlə oxu vərdişləri yaratmağın çətinliyi;

  • oxunmuş materialın tam başa düşülməməsi;

  • təhsilin yuxarı pillələrində ilk mənbələr üzərində işləmə bacarıqlarının olmaması;

  • kitab oxumaq hallarının azalması;

kitablarda qorunan milli-mədəni sərvətlərdən xəbərsizlik.
İxtisas: Təhsildə sosial psixoloji xidmət

Kurs: I


Fənn: Pedaqogika

Mövzu: XI mövzu: DƏRS –TƏLİMİN ƏSAS TƏŞKİLAT FORMASI KİMİ

Ədəbiyyat siyahısı:


  1. Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.

  2. İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh

  3. Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh

  4. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh

  5. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.

  6. Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

PLAN


  • Təlimin təşkilat formaları haqda ümumi məlumat.

  • Dərs və onun əlamətləri.


I Təlimin harada, şagirdlərin nə kimi tərkibi ilə və necə təşkili təlimin təşkilat formalarını müəyyən edir.

  • Təlimin təşkilat formaları müəyyən tarixi inkişaf yolu keçmiş təlim növlərinə əsaslanır.

  • Doğmatik təlim zamanı real aləm, fakt və hadisələr, onlar arasındakı əlaqə və asılılıqlar dəyişməz qaydalar – doğmalar kimi təqdim olunur, şagirdlər bu materialı olduğu kimi yadda saxlayıb, təkrarlayırlar.


  • Yüklə 298,36 Kb.

    Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin