Kurs: II fənn: Pedaqogika -2 Mövzu


İxtisas: Təsviri incəsənət müəllimliyi Kurs



Yüklə 494 Kb.
səhifə41/76
tarix10.01.2022
ölçüsü494 Kb.
#108829
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   76
İxtisas: Təsviri incəsənət müəllimliyi

Kurs: II

Fənn: Pedaqogika -2

Mövzu: Əqli hücüm, BİBö, söz assosiasiyaları, söz zənciri metodları

Ədəbiyyat siyahısı:

1.Kərimov Y. Təlim metodları. Bakı: 2009, 275 səh., s.208-215

2.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh., s. 195-225

3. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı:“Elm və Təhsil”, 2016, 456s.



Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru

Plan:

1. Əqli hücüm metodu

2. BİBö metodu

3. Söz assosiasiyaları metodu

4. Söz zənciri
1.Beyin həmləsı üsulu 1953-cü ildə Amerika psixoloqu A.Osborn tərəfindən ideyaların yaradılması və məsələlərin həlli vasitəsi kimi təklif edilmişdir. İdeyaların sürətlə törəməsi mənasında işlənən bu priyom Azərbaycan dilindəki pedaqoji ədəbiyyatda müxtəlif müəlliflər tərəfindən müxtəlif izah edilmişdir. “zehni hücum”, “Əqli hücum”, “Breyn-ring”, “əqli partlayış” və s. Əqli hücum qrup işinin sərbəst mühitdə təşkili kimi qəbul olunur. Qrup işinin sərbəst şəraitdə təşkil edildiyi bu prosesdə qrupun bütün üzvləri ciddi bir problemin həllinə cəlb olunurlar. Coxluqda müxtəlif fikirlər irəli sürülür. Şagirdlər elə öyrədilir ki, problem irəli sürülən kimi o qədər də düşünmədən ona aid ağıllarına gələn hər hansı fikir, ilkin təsəvvürlərini üzə cıxarsınlar. Bəzən gözlənilməz, səthi, yanlış, gülünc, qeyri-elmi, mümkün olmayan cavablar alına bilər.

Əqli hücum təşkili ücün secilmiş suallara cavabın tapılması təlim prosesini fəallaşdırır. Suallara mümkün cavabların müəllim tərəfindən yazı taxtasına yazılması onlara bir daha qayıtmaq və düşünmək imkanı verir. Dərsdə elə şərait yaranır ki, haradasa şagird müəyyən ideya irəli sürür, haradasa düşünür. Əqli hücüm mobilliyi, dinamikliyi, müstəqilliyi fəallaşdırır.




Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin