Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Ailədə psixoloji uyuşma haqqında



Yüklə 136,29 Kb.
səhifə66/69
tarix01.01.2022
ölçüsü136,29 Kb.
#104092
1   ...   61   62   63   64   65   66   67   68   69
2. Ailədə psixoloji uyuşma haqqında

Ailə həyatında psixoloji uyuşma nə kimi rol oynayır? O, hansı amillərlə şərtlənir? Ailənin psixoloji iqlimi ər və arvadın, gəlin və qayınananın, eləcə də ailənin digər üzvlərinin sosial - psixoloji cəhətdən bir-birinə uyuşmasında özünü daha aydın şəkildə göstərir. Ər-arvadın bir-birinə uyuşması özünün bir mühüm xüsusiyyətinə görə başqa adamlar arasındakı uyuşmadan fərqlənir: ailə, adətən məhəbbət hissinə əsaslanır.

Ailənin məqsədi nədir? О, nə üçün yaşayır və öz üzvlərinə nə verməlidir? Ailənin, eləcə də onun hər bir üzvünün: atanın və ananın, qızın və oğulun həyatında ən başlıca cəhət nədən ibarətdir? İkinci dərəcəli cəhət nədir? Ailə özünün bu və ya digər məqsədini nесə həyata keçirməlidir? Dəbdə olan və çətinliklə tapılan paltarı hökmən əldə etmək lazımdırmı? Qadın və kişi nесə olmalıdır? Uşaqlan neсə tərbiyə etməli? Ailə məişətini necə təşkil etməli? Arvad necə geyinməli, bəzəyi necə olmalıdır?.. Bu suallar ər-arvadın «həyat fəlsəfəsini» ifadə edir. Onlar ailə üçün həyati əhəmiyyətə malikdir. Bu heç də təsadüfı deyildir. Nəzərdən keçirdiyimiz suallar bilavasitə ailənin mənəvi həyatı ilə bağlıdır. Ər-arvadın müxtəlif həyati situasiyalarda bir-birinə verdikləri əxlaqi qiymətləri nəzərə almadan onların qarşılıqlı münasibətlərinin xarakterini düzgün başa düşmək olmaz. Ailənin ideya sərvətləri onun əxlaqi sərvətləri ilə vəhdətdədir.

İndiki ailələrdə çox vaxt söz-söhbətin səbəbi ər-arvadın əmlak vəziyyətindən daha çox onların maddi sərvətlərə münasibəti ilə bağlıdır. Əgər kişi (әг) harınlaşmış ailədə böyümüşsə, o, var-dövlət yığmağı və onu qorumağı öyrənmiş həyat yoldaşı ilə çətinliklə ümumi dil tapa bilir. Yaxud, əksinə. Bunu həyati müşahidələr də təsdiq edir. Ər-arvadın ailənin ideya-mənəvi sərvətləri haqqında təsəvvürləri, rəyləri və qiymət meyarları uyğun gəldikdə psixoloji və psixofizioliji uyuşmazlıq halları həlledici əhəmiyyət daşımır. Ər-arvad ailənin məqsəd və vəzifələrini düzgün başa düşdükdə, əl-ələ verib birgə həyatlarına mane olan nöqsanları qətiyyətlə aradan qaldırırlar. Onlar insan məhəbbətinin ecazkar qüdrətinə arxalanıb həm özlərini, həm də bir-birlərini tərbiyə edirlər. Bu qüdrətə arxalanmaq və inanmaq ailəyə səadət gətirir.




Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin