Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim



Yüklə 147,85 Kb.
səhifə48/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   44   45   46   47   48   49   50   51   ...   117
Qiymətləndirmə cədvəlləri – standarlaşdırılmış vasitələr olub, müşahidəçilərə (həkimlərə, tibbi psixoloqlara, sosial işçilərə, tibb bacılarına və b.) müştərinin vəziyyətini qiymətləndirməyə imkan verir. Funksional uyğunlaşmanı müəyyən edən qlobal cədvəl məşhur qiymətləndirmə cədvəldir. Cədvəl müştərinin müxtəlif səviyyəli sosial funksiyalarını 90-dan 1-dək azalma qaydası qiymətləndirməyə imkan verir. Bu cədvəlin köməyi ilə əldə olunan məlumatlar xəstənin həyat keyfiyyəti barədə mühakimə yürütməyə, əlilliyə dair qərar verməyə, müalicə və sağlamlığını bərpa etməyə aid məsələləri müzakirə etməyə də imkan yaradır. Klinik psixologiyada depressiyaları müəyyən edən Hamilton cədvəli az məşhur deyildir. Cədvəl depressiyaların müxtəlif formalarını (affektiv, vegetativ, psixotik, səbəbli, koqnitiv- depressiv əlamətləri ) əhaətə edən 17 və ya 24 bənddən ibarətdir. Onların təzahür dərəcəsi 0-dan 4 bala qədər qiymətləndirilir. Yekun hesablama depressiv əlamətlərin təzahür dərəcəsi haqda dəqiq məlumatlar verir.

Kliniki sorğular tərkibində müəyyən suallar və cavab variantları olan heç yarımstrukturlu standartlaşdırılmış üsullar sistemidir. Qiymətləndirmə cədvəllərindən fərqli olaraq, onlar müştərinin özü tərəfindən doldurulur. Bu tez cavab verənin səmimiliyini yoxlayan suallardan ibarətdir. 566 sualdan ibarət olan və müştərinin vəziyyətinin 13 müxtəlif parametrlərlə (şəxsiyyət tipi, təşviş, depressiya, psixotik əlamətlər və b.) qiymətləndirməyə imkan verən şəxsiyyətin çoxşaxəli Minesot sorğusu hamı tərəfindən qəbul edilmişdir.

Müasir klinik psixologiya təcrübəsində bir sıra metodlardan da geniş istifadə olunur. Bunlar da aşağıdakılardır:


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin