Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim



Yüklə 147,85 Kb.
səhifə58/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   54   55   56   57   58   59   60   61   ...   117
3.Psixoprofilaktikanın səviyyələri.

Müasir praktik pedaqoji psixologiyada psixoprofilaktikanın 3 səviyyəsi fərqləndirilir, ilkin profilaktika adlanan birinci səviyyə təlimdə, davranışda və emosional aləmində ciddi problemlər olmayan, uşaqlarla aparılacaq işləri nəzərdə tutur. Ikinci psixoprofilaktika “risk qrupuna” aid edilən, qeyd olunan sahələr üzrə müəyyən problemləri olan uşaqlarla işin təşkilini, üçüncü psixoprofilaktika isə, təlimdə və davranışda aydın ifadəli qüsurları olan uşaqlarla iş sistemini təşkili və həyata keçirilməsini nəzərdə tutur. Məhz bu səviyyədə psixoloqun həyata keçirdiyi profilaktik tədbirlər paralel olaraq korreksiyaedici işləri uzaqlaşdırılaraq həyata keçirilir.



Təhsil sisteminə daxil olan təlim tərbiyə müəssisələrinin tiplərindən asılı olaraq psixoloq aşağıdakı müvafiq psixoprofilaktik işləri yerinə yetirir:

  • Uşaqların baxçaya adaptasiyası dövründə onlara kömək etmək, bu məqsədlə valideynlərlə və ya onları əvəz edən şəxslərə tövsiyələr vermək;

  • Böyük qrupdan məktəbə hazırlıq qrupuna keçid dövründə təlim hazırlıq məqsədilə uşaqların müayinəsini keçirmək, tərbiyəçilərə, valideynlərə və ya onları əvəz edən şəxslərə məktəbə hazırlıq sahəsində müşahidə olunan mümkün geridəqalmanın aradan qaldırılması üçün tövsiyələr vermək;

  • Uşaq üçün müvafiq təlim tərbiyə müəssisəsinin seçilməsi məqsədilə onların məktəb təliminə psixoloji hazırlıq səviyyəsinin müəyyənləşdirməsi, qabiliyyətlərinin erkən təzahürlərinin, inkişafda geridəqalma və ya ləngimənin aşkara çıxarılması və onların korreksiyasının həyata keçirilməsi;

  • Müəllimlərlə birlikdə ehtiyacı olan uşaqlar üçün fərqi proqramların işlənib hazırlanması;

  • Internat tipli müəssisələrə uşaqların qəbulu zamanı onların inkişaf və sosial psixoloji reabilitasiyası üçün maksimum əlverişli şəraitin yaradılması məqsədilə psixoloji müayinələrin keçirilməsi;

  • Uşaqların həyat, təlim və tərbiyəsi şəraitindən asılı olaraq onlarda psixoloji yüklənmə nevrotik pozğunluqlara səbəb olan amillər haqqında xəbərdarlıq etmək;

  • Pedaqoqların uşaqlarla, öz həmkarları və valideynlərlə münasibətlərini sağlamlaşdırmaq məqsədilə təlim tərbiyə müəssisəsində mikropsixoloji iqlimin yaradılmasını təmin etmək, müəssisə işçiləri arasında geniş məsləhətlər keçirmək;

  • məktəbəqədər müəssisənin və məktəbin psixoloqunun peşəkarlıq səviyyəsi, qarşıda problemləri savadlı həll etməsi əsasən psixoprofilaktik işlərin aparılmasından asılı olaraq qiymətləndirilir. Əgər hər hansı bir yaş dövründə uşağın normal inkişafı şəraiti pozulursa, sonrakı mərhələdə əsas fəaliyyəti və diqqəti şübhəsiz ki, korreksiya üzərinə yönəltmək və xüsusi inkişafetdirici iş aparmaq lazım gəlir.




Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin