Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Təlimdə geridəqalmanın korreksiyası



Yüklə 147,85 Kb.
səhifə71/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   67   68   69   70   71   72   73   74   ...   117
3. Təlimdə geridəqalmanın korreksiyası.

Məktəb təhsilinin keyfiyyətcə yaxşılaşdırılmasını, tələbkarlığın artdığı müasir dövrdə şagirdlərin inkişaf qüsurlarının öyrənilməsi və onlara differensial yanaşmanın zəruriliyi getdikcə yüksəlir. Inkişaf anomaliyaları olan uşaqları xüsusiyyətlərinin və potensial imkanlarının müəyyənləşdirilməsi inkişaf qüsurlarının aradan qaldırılması məqsədilə inkişafetdirici- korreksiya proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi aktual problemlərdən biridir. Təlimdə geridəqalma və onun səbəblərini uzun onilliklər boyu pedaqogika və pedaqoji psixologiya elmlərində tədqiq edilən mühüm problemlərdən biri olmuş və olmaqdadır. Bu problemə qarşı daim diqqətin olmasına baxmayaraq onu doğuran səbəblərin çoxcəhətli olmasına görə, o aktual bir problem kimi qalmaqdadır. Təlimdə geridəqalma pedaqoji, psixoloji və neyrofizioloji determinantlarla şərtlənmiş, kompleks bir problemdir.

Uşaqların psixi inkişafı ilə bağlı olaraq təlim çətinliklərinin köklü səbəblərindən biri də verbalizm adlanır. Bu, bu uşağın təlim uğurlarının ifadəli qeyri bərabər nəticələrində əks olunur. Belə şagirdlər humanitar elmlərə aid olan fənləri yaxşı mənimsədikləri halda, yüksək intellektual inkişaf səviyyəsi tələb edən riyaziyyat, kimya, fiziki və s. kimi fənlərin mənimsənilməsində nə qədər çalışqanlıq və səy göstərsələr də, öz yüksək nəticələr əldə edə bilmirlər.

Valideynlər və müəllimlərin dilindən uşaqlar haqqında səslənən şikayətlər içərisində uşağın tənbəlliyi xüsusi yer tutur.

Şagirdlərin təlim sahəsindəki geriliyini şərtləndirən amillər sırasında fəaliyyət tempinin ləngliyinin də özünəməxsus təsiri vardır.

Uşaq orqanizminin energetik imkanların zəif olması, onun təlimdə geriliyini yaradan səbəblərdən biridir.

Uşağın dalğınlığı, diqqətsizliyi, və diqqətin digər funksiyaların formalaşmaması, onlarda bəzən beynin üzvi zədələnməsi ilə də bağlı ola bilər. Hiperaktivlik, impulsivlik, yüksək hərəki fəallıq kimi hallar da diqqətin funksiyalarına pozucu təsir göstərən amillərdəndir. Uşaqlar arasında az -az hallarda müşahidə olunan fenomenal hallardan biri də intellektualizm adlanır.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin