Kurs: IV fənn: Verilənlər bazası


Access-də funksiyalardan istifadə



Yüklə 5,49 Mb.
səhifə52/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   48   49   50   51   52   53   54   55   ...   65
Access-də funksiyalardan istifadə
Konstruktor pəncərəsi iki bölmədən ibarətdir.Yuxarı bölmədə sorğuda iştirak edəcək cədvəllər və onların sahə adları göstərilir.Aşağı bölmədə isə (QBE – Query Bu Examples) sorğu ilə bağlı məlumatların daxil edilməsi üçün istifadə edilir.Bu bölməyə sorğu blankı da deyilir.Sorğu blankının hər bir sətri müəyən funksiyanı yerinə yetirir.

  • S orğuda istifadə edilən sahələrin adları göstərilir.

Sahənin hansı cədvəldən seçildiyini göstərir.

sətrində nizamlama parametrini (По возрастанию və ya По убыванию ) açılan siyahıdan seçmək lazımdır.

Axtarış şərti daxil edilir. (Or,And,Not məntiq əməlləri və münasibət işarələrindən >, <, = ,>= ,<=)

əgər sətrində göstərilən şərt yetərli olmadıqda ikinci və sonrakı axtarış şərtləri bu sətrə daxil edilir.

Sorğunu sonunda hansı sahənin görünməsi tələb olunarsa bu sətrin müvafiq xanasında işarəsi qoyulmalıdır.

Bu üsul ilə sorğuların yaradılması qaydası ilə tanış olaq.

Misal 1

Fərz edək ki, oxucunu kitabxanada olan ,1992- ci ildən sonra nəşr olunan kitablar maraqlandırır. Oxucu tələbatına cavab verən Запрос1 adlı seçim sorğusu yaradaq. Bunu aşağıdakı mərhələlərlə həyata keçirək.

1. Verilənlər bazası pəncərəsindən (база данных) Создать düyməsini sıxaq.

2. Açılmış pəncərədə Konstruktor rejimini seçək və OK düyməsini sıxaq.

3. Növbəti pəncərədə informasiya mənbəyini – Kataloq cədvəlini seçək

4. Sorğuda iştirak edən sahələri Müəllif, Adı,Tərcümə edəni, Nəşriyyat, Nəşr olunduğu il, Səhifə, Janr, Qiymət, Təkrar nəşr, Redaktor seçək.


5. Nəşr olunduğu il sahəsi üçün seçim şərtini >1992 yazaq

6. Müəllif sahəsi üçün nizamlama parametri- artma sırası ilə (По возрастанию) seçək

7. Nəticə cədvəlində əks olunacaq sahələri qeyd edək

Sorğunun nəticəsi olaraq aşağıdakı cədvəl formasında müəlliflərin artan əlifba ardıcıllığı üzrə kitabxanadakı 1992-ci ildən sonra nəşr olunan kitabların siyahısı əks olunacaqdır.

Misal 2


Fərz edək ki,oxucuya 1980-cı ildən sonra yalnız Yazıçı və Gənclik nəşriyyatında nəşr olunan kitablar lazımdır. Nəşriyyat bölməsinin Условия отбора sətrində “Yazıçı”,Или sətrində Gənclik yazırıq:

Nəşr olunduğu il bölməsinin Условия отбора sətrində >1980 yazaq.


Müvafiq sorğu əvvəlki sorğudan yalnız seçim şərtinə görə fərqlənəcək.



Misal 3.Hesablama sahəli seçim sorğusu


Hesablama sahəli seçim sorğusu – bir və ya bir neçə informasiya mənbəyindən seçim şərtini ödəyən və müəyyən hesablama nəticəsində əldə olunmuş informasiyanı cədvəl şəklində əks etdirə bilər.

Fərz edək ki,müvafiq kitabxana işçisini 1987-ci ildən sonra nəşr olunan kitabxanadakı konkret adda kitaba nə qədər maliyyə vəsaiti xərcləndiyi maraqlandırır.Sorğu yaradaq.Bunun üçün

1. Verilənlər bazası pəncərəsindən (база данных) Создать düyməsini sıxaq

2. Açılmış pəncərədə Konstruktor rejimini seçək və OK düyməsini sıxaq

3. Növbəti pəncərədə informasiya mənbəyini – Kataloq cədvəlini seçək

4. Sorğuda iştirak edən sahələri Müəllif, Adı,Tərcümə edəni, Nəşriyyat, Nəşr olunduğu il, Səhifə, Janr, Qiymət,Təkrar nəşr, Redaktor seçək



Əlavə olaraq Sayı və Qiymət sahələrini sorğu blankına əlavə edək.

İ fadə tərtibatçısı vasitəsilə sorğu blankının boş sahəyə uyğun xanasında hesablanan sahə yardaq.Bunun üçün alətlər panelindən və yaxud da kontekst menyudan Построит düyməsini seçirik. Bu zaman ekrana Построитель выражения pəncərəsi açılır.

Pəncərədə [Sayı]*[Qiyməti] yazıb OK düyməsini sıxmaq lazımdır. Sorğunun nəticəsi cədvəl şəklində əks olunacaqdır.

Çox zaman verilənləri müəyyən parametrə görə qruplaşdırmaq və yekun nəticəsini hesablamaq tələb olunur.MS Access-də bu məqsədlə qruplaşdırma əməliyyatı və 9 statistik funksiya nəzərdə tutulmuşdur.

SUM- qrupun müəyyən sahəsinin cəmini

AVG- qrupun müəyyən sahəsinin orta qiymətini

MAX,MİN- qrupun müəyyən sahəsinin ən > və ən < qiymətini

COUNT- qrupun müəyyən sahəsinin yazılarının sayını (boş yazılar nəzərə alınmır)

SET DEV - qrupun müəyyən sahəsində orta qiymətdən orta kvadratik paylanmanı

VAR - qrupun müəyyən sahəsin də dispersiyanı

FİRST və LAST - qrupun müəyyən sahəsində birinci və sonuncu yazını tapır.

Misal 4

Fərz edək ki, kitabxananın 1880- ci ildən sonra nəşr olunan neçə adda kitab aldığı haqda (illər üzrə) operativ informasiya tələb olunur.Müvafiq sorğu sol tərəfdə aşağıdakı kimi təsvir olunur.

Müəllif, Adı,Tərcümə edəni, Nəşriyyat, Nəşr olunduğu il, Səhifə, Janr, Qiymət,Təkrar nəşr,Redaktor seçək

Cədvəlin aşağı hissəsində

Поля – sətrində Adı , Nəşr olunduğu il

Имя таблица - sətrində; Каталог

Групповая операция-sətrində (Adı - COUNT)

(Nəşr olunduğu il- Группировка)

Сортировка - sətrində; По возрастанию

Nəşr olunduğu il bölməsinin Условия отбора sətrində >1980 yazaq. Sorğunun nəticəsi olaraq cədvəl başlıqları aşağıdakı kimi olacaq.


Misal 5


Fərz edək ki, kitabxananın 1980- ci ildən sonra nəşr olunan kitabların alınmasına cəmi nə qədər vəsait sərf olunduğu tələb olunur.Yeni sorğu yaradaq.Bunun üçün:

1.База данных- Создать – Конструктор – ОК

2.İnformasiya mənbəyi olaraq Zapros 4 sorğusunu seçirik.

3.Yeni sorğuda iştirak edən sahələri Выражение 1 seçirik

4.SUM düyməsini və ya Вид menyusunun Групповые операции əmrini yerinə yetiririk

5.Sorğu blankının Групповые операции sətrində Группировка sözünü açılan siyahıdan SUM funksiyası ilə əvəz edirik və sorğunu yaddaşa veririk.

Bundan başqa iki tarix arasındakı il fərqinin müəyyən etmək üçün

=DateDiff(“yyyy”;[bastar];[sontar])&”il”\

Ay fərqini müəyyən etmək üçün

= DateDiff(“m”;[bastar];[sontar])&”ay”

Gün fərqini müəyyən etmək üçün

=İİf(DateDiff(“d”;[bastar];[sontar])=0;””;DateDiff(“d”;[bastar];[sontar)-

&”gün”

Burada


[bastar] başlangıc tarix

[sontar] son tarix

& (and) müstəqil operatorların bir-birinə bağlanmasını yerinə yetirir

İİF funksiyası Sorğu və Forma cədvəllərində müəyyən şərtlərin yerinə yetirilməsi üçün istifadə olunur.

Int-funksiyası hesabi əməliyyatların aparılması zamanı ədədlərin tam hissəsini tapır.

İxtisas: Riyaziyyat-informatika müəllimliyi

Kurs: IV

Fənn: Verilənlər bazası

Mövzu: Cəvəllərin strukturu və verilənlərin tipi

Ədəbiyyat:



  1. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə. İnformatika. Bakı 2010.

  2. S.Q.Kərimov. İnformasiya sistemləri. Bakı 2008.

  3. Elmir Vəlizadə, Ziyafət Əmirov., Microsoft Office 2007 Paketi., «Şərq-Qərb», 2012.

  4. Natiq Quliyev, Zəfər Şamilov., İnformatika., Bakı 2013.

  5. S.Quliyeva, N.Qafarova, N.Ağayeva,V.Qasımov, M.Mehdiyev. İnformatika. Dərs vəsaiti. Bakı 2011.

  6. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası., İnformatika., Bakı, 2015

Müəllim: Vüqar Salmanov

E-mail: vuqars69@mail.ru


Plan

  1. MS Access-də cədvəllər

  2. MS Access-də verilənlərin tipi




  1. VB-nın əsas struktur komponentini cədvəllər təşkil edir. Bu cəd­vəllərdə bizim daxil etdiyimiz verilənlər saxlanılır. Access cədvəlləri xari­cən bizim kağızda işlədiyimiz cədvəllərə oxşayır və sahələr adlanan sütunlardan yazılar adlanan sətrlərdən ibarətdir. Cədvəlin hər bir yazısı VB-nın ayrıca elementləri haqqında bütün lazım olan informasiyanı saxlayır. Məsələn, müəllim haqqında yazı onun soyadını, adını, atasının adını, anadan olma tarixini, vəzifəsini və s. məlumat saxlayır.

Cədvəlin strukturunu işləyərkən (hazırlayarkən) ilk növbədə həmin cədvəli təşkil edən sahələrin adları, tipi və ölçülərini müəyyən etmək lazımdır. Cədvəlin hər sahəsinə unikal ad verilir ki, bu da maksimum 64 simvol saxlamalıdır. Adı bir qayda olaraq sahənin icra etdiyi funksiyaya uyğun olaraq seçmək lazımdır. Daha sonra hər sahədə saxlanılacaq verilənlərin tipini müəyyən edərək qərar vermək lazımdır. Access-də verilənlərin əsas tiplərindən hər hansı birini seçmək olar. Hər sahəyə bu tiplərdən birinin adı verilməlidir. Sahənin tipinin mənasını yalnız konstruktor rejimində təyin etmək olar.

Access-də boş cədvəlin yaradılmasının 4 üsulu mövcuddur:



  1. Datashett View- electron cədvəl rejimi

  2. Design View- konstruktor cədvəl reyimi

  3. Table Wizard- cədvəl ustası

  4. İmport Table- cədvəl idxalı

Bütün tələb olunan hesabatları, cədvəlləri və formaları saxlayan verilənlər bazasının “usta”nın köməyilə yalnız bir əməliyyat nəticəsində yaradılır. VB ustası yeni VB-nı yaradır, onu VB-da artıq mövcud olan yeni bazaya cədvəllərin, hesabatların və formaların artırılmasında istifadə etmək olmaz.

Cədvəllər ustası cədvəldən təyin olunmuş moxlu cədvəllərdə verilmiş cədvəlin sahəsini seçməyə icazə verir. Bunlara şəxsi əmlakın siyahısı, işguzar müqavilələr və ya nüsxə və başqaları aiddir.

Cədvəl rejimində məlumatlar bilavasitə boş cədvələ daxil edilir. Access-də yeni cədvəli yadda saxlayanda məlumatlar təhlil olunur və hər xəttə lazım olan məlumatların tipi(növü) və formatı(ölçü) verilir.



Konstruktor rejimində cədvəlin modelinin (maket) bütün parametrləri təyin edilir. Cədvəl yaratmaq üçün tətbiq olunan metoddan asılı olmayaraq həmişə konctruktor rejimindən ustifadə etməklə cədvəlin maketini (modelini yeni sahələr əlavə etmək, bəzi sahələrin tipini dəyişmək) dəyişmək olar. Ona görə də biz məhz bu metodu nəzərdən keçirəcəyik.

Məlumatların cədvəlin xanasına daxil edilməsi adi qaydada icra olunur. Siz kursoru lazım olan xana üzərinə gətirib aktivləşdirirsiniz və verilənləri (məlumatları) bu xanaya daxil edirsiniz. Qeyd etmək lazımdır ki, hesablayıcı xanalara yeni verilənləri daxil etmək məcbur deyil, çünki həmin sahədə qiymətlər avtomatik olaraq yaradılır.

Daxiletmənin xüsusiyyətləri aşağıdakilardır: Del klavişini basanda xana təmizlənir. Əgər verilənlərin daxil edilməsini saxlasaq Esc klavişini basırıq, onda köhnə məlumatlar bərpa olunur və əgər Enter və ya Tab klavişini bassaq onda xanaya yeni qiymətləri daxil edirik.

Ayrı-ayrı simvolları dəyişərək xananın cari redaktə etmək olar. Bunun üçün cədvəlin xanasına mausu iki dəfə vurmaq lazımdır və ya F2 klavişini basmaq lazımdır. Lakin vacib bir xüsusiyyət var, məlumatları daxil edəndə məlumatların (verilənlərin) bir neçə tipini(növü) üçün (rəqəmli, pullu, tarix, zaman, məntiqi).

Konstruktor rejimində işləyərkən verilənlərin redaktəsi, sortlaşdırılması, filtirdən istifadə olunur.

Verilənlərin redaktə edilməsi çox sadə həyata keçirilir. Kursor lazımi xanaya qoyulur, köhnə verilənlər silinir (Del və ya Backspase klavişları ilə) və təzə məlumatlar daxil edilir. Bu klavişlərin köməyi ilə təkcə xanada olan verilənləri (məlumatları) deyil, hətta bütöv sətirləri əvvəlcədən seçib silmək olar. Bu aşağıdakı şəkildə edilir: kursor axtarış aparılacaq istənilən xananın sahəsinə keçirilir və Qlavnaya(Əsas) menyusundan Nayti(Axtarmaq) əmri yerinə yetirilir. Görünən pəncərədə axtardığımız veriləni daxil edirik və Nayti düyməsini basırıq. Əgər axtardığımız “znaçenie” tapılıbsa, kursor bu xanaya keçəcək. Bəzən xanalardakı verilənləri digər verilənləri ilə əvəz etmək lazım gəlir. Bunun üçün Zamenite əmrini seçirik. Ekranda görünən pəncərədə axtarmalı və əvəz etməli zolaqlarına verilənləri daxil edirik. əvvəlcə verilənləri axtarır və sonra isə tapılan nümunələri bir-bir əvəz etmək üçün Zamenite və ya Zamenite vse düyməsini sıxmaq lazımdır.

Cədvəldəki verilənlərin gözdən keçirilməsini rahar etmək üçün onları müəyyən ardıcıllıqla sortlaçdırmaq olar. Məsələn, müəllimlər cədvəlində verilənləri müəllimlərin stajının azalması sırası ilə sortlaşdırmaq olar. Alətlər panelindəki sortlaşdırma düymələri (artmaya görə, azalmaya görə sortlaşdırma) sütünları artma və azalmaya görə sortlaşdırmağa icazə verir. Sortlaşdırma düyməsini basmazdan əvvəl sortlaşdırma üçün istifadə olunan xətti seçmək lazımdır. Xətti seçmək üçün kursoru onun istənilən yazısına yerləşdirmək kifayətdir. Bundan sonra sotrlaşdırma düyməsini basın və məlumatlar çeşidlənmiş sıra ilə təsvir olunacaq. Cədvəl rejimində iki və ya bir neçə qonşu sütünları işarələmək olar, sonra onların üzərində sortlaşdırma aparmaq olar.

Filtr – bu şərtlər dəstidir ki, çoxlu yazıların seçilməsi üçün istifadə olunur. Accessdə 4 tip filtr var: işarələnmiş fraqmentə görə filtr, adi filtr, genişlənmiş filtr və daxil etməyə görə filtr.

Buna əlavə olaraq Filtri tətbiq etmək düyməsindən istifadə olunur. Bu düyməni söndürəndə filtrləri ləğv etmiş oluruq.


  1. Müxtəlif tip sahələr müxtəlif məqsədli xüsusiyyətli olurlar.

Mətn (Text) sahələrinin əsas cəhəti – onu ölçüsüdür(255 simvol).

Ədədi sahələr (Number) – rəqəm verilənlərinin daxil edilməsinə xidmət edir. Onlar da ölçüyə malikdirlər, lakin ədədi sahələr müxtəlif olurlar. Məsələn, tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa, həm də onluq hissənin – vergüldən sonrakı rəqəmlər sayı verilməlidir. Ölçüsü 1,2,4 və ya 8 baytdır. 16 bayt yalnız replikasiya kodları üçün.

Tarixin və vaxtın (Date/Time) daxil edilməsi üçün tarix/vaxt tipli sahələrdən istifadə olunur. 100-cü ildən 9999 ilə dək daxil edilir. Ölçüsü 8 bayt.

Məntiqi verilənlərin (Yes/No), yəni ancaq iki qiymət ala bilən(hə - yox, 0 və 1) verilənlər üçü məntiqi tip sahədən istifadə olunur. Məlumdur ki, belə sahənin uzunluğu 1 baytdır.

Xüsusi tip sahələr – pul sahəsi (Currency). Adından məlumdur ki, bu sahədə hansı verilənlər saxlanılır. Düzdür, pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir, çünki hesablama zamanı yuvarlaşdırmanın qarşısı alınır. 15 simvol ədədin tam hissəsinə və 4 kəsr hissəsinə nəzərdə tutulur. Ölçüsü 8 baytdır.

Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçü nəzərdə tutulan sahə OLE Object(Pbject Linking and Embedding) sahəsi adlanır. Ölçüsü 1 Qb qədər(diskin həcmi ilə məhdudlaşır).

Mətn sahəsinin bir məhdudiyyəti var ki, bu da onun ölçüsü ilə bağlıdır- 255 simvoldan çox ola bilməz. Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda Memo sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmi mətnin yerləşdiyi yerə göstərici qoyulur(65535 simvola qədər).

Şetçik sahəsi(AutoNumber) – ilk növbədə o adi ədədi sahə kimi götürə bilər, ancaq o avtomatik artmaq üsusiyyətinə malikdir. Əgər bazada belə sahə olacaqsa, onda yeni yazı daxil olanda bu sahəyə avtomatik olaraq onda olan əvvəlki ədədin üzərinə bir vahid əlavə olunur. Ölçüsü 4 bayt. 16 bayt yalnız replikasiya kodu üçün.

Hiperistinad (Hyperlink) sahəsi- hiperistinadları saxlayan sahə. Hiperistinad ya UNC ya da URL ola bilər(65535 simvol).

Əlavələr (Attachment) sahəsi- ikilik faylların (şəkillər, rəqəmli təsvirlər) və ya Microsoft Office-in digər əlavələrin köməyilə yaradılan fayllar saxlanılması üçün istifadə olunur. Ölçüsü sıxlaşdırılmış əlavələr – 2Qb, sıxlaşdırılmamış – 700 Kb.

Calculated sahəsindən istifadə edərkən əlavə sorğunun yaradılmasına ehtiyac olmur.

Lookup Wizard- faktiki olaraq verilən tipi deyil.




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin