1.3Təlimatın yeni variantının hazırlanması prosesi
LGAF-ın İcra Təlimatının bu üçüncü variantının hazırlanması xüsusilə LGAF Ölkə Koordinatorlarının rəyləri və 2012-2013-cü illərdə 25 ölkədə LGAF_ların icrasından öyrənilmiş dərslərə əsaslanır.
Bu redaktəyə ehiyac həmçinin 2012-ci ilin may ayındaDaşınmaz Əmlakın idarəçiliyi üçün qlobal səviyyədə meyar rolunu oynayan və torpaq məsələlərinə böyük diqqət verən Ərzaq Təhlükəsizliyi Komitəsi (CFS) tərəfindən Torpağa Sahiblik, Balıq Sənayesi və Meşələrin Məsul İdarəçiliyinə dair Könüllü Təlimatların (VGGT) təsdiq edilməsindən sonra yaranmışdır. Bundan əvvəl Afrika Dövlət Rəhbərlərinin Birliyi tərəfindən Afrikada Torpaq Məsələləri və Çətinliklərinə dair Bəyannamə eləcə də Afrikada Torpaq Siyasətinə dair Afrika Birliyi Proqramı və Təlimatları 2009-cu ildə təsdiq edilmişdir.Ölkə səviyyəsində qiymətləndirmələr, prioritetlərin müəyyənləşdirilməsi və monitorinq üçün instrumentlər bu təlimatların praktikaya qoyulması üçün vacibdir.LGAF Proqramı Torpaq, Meşə və Balıq Sənayesi üçün Məsul olan Könüllü Təlimatlarda və Afrika Birliyinin Torpaq Siyasəti Təşəbbüsündə təsbit edilən prinsipləri nəzərdə tutur.
İnkişafın İdarəçiliyi Mexanizmi vasitəsilə LGAF-ın icrasını dəstəkləyən FAO, GLTN, IFAD, IFPRI və UN Habitat da mühüm rəylər təmin etmişlər. Biz həmçinin Afrika İttifaqının Torpaq Siyasəti Təşəbbüsü (LPİ), Afrika İqtisadi Komissiyası və Afrika İnkişaf Bankı, OXFAM, Dünya Bankından olan həmkarlarımıza və 2013-cü ildə Torpaq və Yoxsulluq üzrə Dünya Bankının İllik Konfransında və digər beynəlxalq konfranslar və təlim proqramlarına edilmiş təqdimatların rəylərinə görə minnətdarlığımızı bildiririk.
Dostları ilə paylaş: |