Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə63/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   59   60   61   62   63   64   65   66   ...   77
Şüşənin upruqluğu. Şüşə materiallarının upruqluğu vacib mexaniki xassələr sırasına aid edilir. Bu xassə upruqluq modulu ilə xarakterizə edilir (E, MPa), hansı ki, bu da düzbucaqlı en kəsiyinə malik olan şüşə nümunənsinin əyilmə oxuna əsasən təyin olunur və aşağıdakı düsturla ifadə edilir:

Burada: E – upruqluq modulu, kq/mm2-lə; P- nümunəyə təsir edən yük, kq-la; l - dayaqların mərkəzi arasındakı məsafə mm-lə; f - əyilmə oxu, mm-lə; b -nümunənin enimm-lə ; a - nümunəninqlınlığı, mm-lə.

Upruqluq modulu göstəricisi şüşə məmulatlarının kimyəvi tərkibindən asılı olaraq 470-dən 860 MPa-a qədər intervalda dəyişə bilər. Kvars şüşələrində bu göstərici kifayət qədər yüksək olmaqla 650-720MPa intervalında tərəddüd edir. Şüşənin upruqluq modulunu CaO və B2O3 (tərkibə 12%-ə qədər əlavə etdikdə) yüksəldir, həmçinin şüşənin tərkibində MgO, ZnO, BaO, PbO, Al2O3 oksidlərinin olması upruqluq modulunun artmasına səbəb olur. Qələvi oksidləri oksidləri isə əksinə şüşənin upruqluq modulunun azalmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, istənilən tərkibli şüşənin upruqluq modulunu onun tərkibinə daxil olan oksidlərin xüsusi əmsallarını nəzərə almaqla additivlik metoduna əsasən də hesablamaq olar. Şüşə məmulatarının mexaniki xassələrinin ekspertizası zamanı müqayisə üçün bu üsuldan geniş istifadə edirlər.

Upruqluq modulunun göstəricilərinə əsasən şüşə məmulatlarının termiki davam­lılığını və möhkəmliyini xarakterizə etmək olar. Şüşənin upruqluq modulu nə qədər yüksək olarsa, onun möhkəmliyi də bir o qədər yüksək olar, yüksək gərginlik zamanı az deformasiyaya uğrayar, termiki davamlılığı daha çox olar.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin