3.3. Şüşə məmulatlarının termiki və optiki xassələrinin kimyəvi tərkibdən asılılığının ekspertizası Şüşə məmlatlarının termiki xassələri bir-neçə göstəricilərlə xarakterizə edilir (şəkil 3.1).
Şəkil 3.1. Şüşənin termiki xassələri Şəkildən göründüyü kimi şüşənin termiki xassələrinə istilik tutumu, istidən həcmi və xətti genişlənmə, istilikkeçirmə termiki davamlılıq kimi xassələr aid edilir.
İstilik tutumu xassəsi şüşənin kimyəvi tərkibindən və molekullar arasındakı əlaqənin təbiətindən asılıdır. Şüşənin kimyəvi tərkibi ilə onun istilik tutumu arasında xətti asılılıq mövcuddur. Şüşənin tərkibində ZnO, Li2O və B2O3 oksidlərinin miqdarının artması ilə istilik tutumu artır, tərkibə PbO vəBaO daxil etdikdə isə azalır. Temperaturun artması ilə, xüsusi ilə strukturdaxili dəyişmələr intervalında, istilik tutumu yüksəlir. Şüşənin istilik tutumu 0,3-dən 1,05kC/(kq ºC) hədlərində dəyişir. Bu göstərici kolorimetrin köməyi ilə təyin olunur və orta riyazi düstura əsasən hesablanır.