Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə8/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   4   5   6   7   8   9   10   11   ...   77
Şəkil 1.2. SiO2-nin kristal (a) və amorf (b) quruluşu
Şüşə, təbiətdə təbii olaraq obsidiyen və kvars şəklində yerləşir. Milyonlarla il əvvəl vulkanik hadisələr nəticəsində silikatın əriməsi ilə obsidiyen yaranmışdır. Obsidiyen, əsasən tünd qırmızımtıl, qəhvəyi, yarıkeçirici bir maddə olub, tərkibi pəncərə şüşəsinin (soda-əhəng-silika) kimyəvi tərkibindən fərqli deyildir.

Digər təbii şüşə kvars, rəngsiz və şəffafdır. İşlənmiş şüşəyə bənzəyir. Kristallar şəklində olur. Ən böyük kvars kristal peqmatitlər içində rast gəlinir. Rəngli kvars qumları zərgərlikdə istifadə edilir.

Şübhəsiz ki, şüşə təsadüfən kəşf edilmişdir. Şüşənin kəşfi haqqında ən çox bəhs edilən açıqlama Yunan tarixçisi Pinyenin izahıdır. Pinyenin sözlərinə görə bəzi tacirlər gəmilərindən sahilə çıxdıqdan sonra bir çay sahilində düşərgə qurmuşlar, çay yatağında bir tonqal qalamışlar. Növbəti gün isə əvvəlki günün atəşinin külləri arasında şəffaf, parlaq şüşə parçaları tapıblar.

Qədim dövrlərdə, yəni eramızdan əvvəl IV minillikdə şüşə sənəti əsasən Misir və Mesopotamiyada inkişaf etmişdir. Bu bölgədə odunla yanan şüşə ocaqlarının mövcud olduğu güman edilir. Odun alovunun şüşələşmə yaradacaq temperaturlara qədər çatıb-çatmaması alimlər tərəfindən müzakirə edilmişdir. Aparılan təcrübələrdə material uyğundursa şüşə əmələgətirmə temperatura çatması sübut olunmuşdur. Alovun olması və nəzarət altına alınıb yüksək temperaturların əldə edilməsi nəticəsində oddan istifadə edilərək əmələ gələn metaləritmə, dulusçuluq, şüşəçilik və s. sənətlər meydana gəlmiş və getdikcə inkişaf etməyə başlamışdır.

Şüşə, qədim dövrlərdən bu günə qədər yüksək istilik nəticəsində xammalın emal edilməsindən yaranan bir sənətdir. Aparılan təhlillər göstərir ki, şüşə tarixinin ilk nümunələrinin bir çoxunda keramikadan şüşəyə keçildiyini göstərən izlər vardır.

Şüşə, süni olaraq istehsal edilmədən əvvəl, hər zaman təbiətdə təbii halda idi.

Obsidiyen adı verilən material əslində təbii şüşədir. Obsidiyen, şüşənin tipik xüsusiyyətlərini daşıdığı üçün müxtəlif dövrlərdə müxtəlif üsullarla formalaş­dırılmışdır.

Belə bir nöqteyi-nəzərdən baxılsa şüşə məmulatlarının bu gün bildiyimiz mənadakı funksiyalarından fərqli olaraq çox daha əvvəllər balta, bıçaq, ya da nizə ucu şəklində istifadə edilməsi, ilk şüşə nümunəsi kimi qəbul edilməlidir. Bu, şüşənin kəsmə qabiliyyətini göstərmək baxımından maraqlıdır.

Şüşənin inkişafına baxıldığında, şüşənin ilk olaraq uyğun kvars qumunun bol olduğu və keramika istehsalının inkişaf etdiyi regionlarda istehsal edildiyi qəbul edilməlidir. Keçmişdə geniş yayılmış bir keramika texnologiyası inkişaf etmiş sivilizasiyaların çox sayda olduğu bilinir. Belə bir yanaşma ilə Mesopotamiyadan Misirə, Şərqi Aralıq dənizindən Anadoluya qədər bir çox yerdə ilk şüşə nümunələri ilə rastlaşmaq mümkündür. Ancaq, bu gün əldə edilən məlumatlara əsaslanaraq daha çox Misir və Mesopotamiyada şüşə məmulatlarından istifadə edilməsindən bəhs edilir.

Aparılan arxeoloji qazıntıların nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycanda da şüşə istehsalı qədim tarixə malikdir, yəni şüşə məhsullarının tarixi bizim eramızdan əvvəl I minilliyi əhatə edir. Buna əyani olaraq, Azərbaycanın Daşkəsən rayonunda kobalt yataqlarını qeyd edə bilərik.

Aparılan təhlillər və tarixi sənədlər Misirdə qədim krallıq dövründən qalan və bir çox vasitələri, əşyaları, qabları və müxtəlif məhsulları əks etdirən şüşə istehsal sexlərinin olduğunu göstərir. Məlum olduğu kimi, misirlilər maraqlı bir keramika şüşəsi sənətini inkişaf etdirmiş və onu gündəlik həyatda yaymışdırlar. Belə bir ənənənin tədricən şüşə sənayesinə asanlıqla keçməsi təbiidir və qanunauyğun bir prosesdir.

Şüşə qabların ilk nümunələri, xüsusən həm asan əldə edilə bilməsi, həm də zərgərlik baxımından diqqəti çəkir. Bunların hamısı, kiçik ölçülü şüşə məmulatı olan daş torpaq və gillərdən əldə edilmiş şüşə muncuqlardır. Sonra bu şüşə muncuqlar müxtəlif şüşə texnologiyaları ilə rənglənmiş və ya formalaşdırmada istifadə edilən texnologiyaların verdiyi imkanlarla çox maraqlı şəkildə bəzədilmişdir.

Şüşənin keçirdiyi texnoloji inkişaf prosesində texniki problemlərin və məhdudiyyətlərin aradan qaldırılması üçün istifadə edilən enerjinin inkişaf etdirilməsi ilə yeni formalaşdırma üsulları da meydana gəldi. Misal olaraq, ətir və tibbi ləvazimatların saxlanmasında istifadə edilən şüşə qablar və vazaları göstərə bilərik. Əlbəttə ki, keramika sənətinin rəng və forma xüsusiyyətləri ilə təsirlənən bu məhsullar öz dövrünün keramika formasından uzaqlaşmamışdır.

O dövrün şüşə məmulatı müəyyən işlər üçün istifadə edilirdi, çünki şüşə ən çox 10-15 sm uzunluqda istehsal edilirdi.

Keçmişdə istehsal edilən şüşə nümunələrinə baxarkən, günümüzdə asan dedi­yimiz hər şüşə nümunəsi o dövr üçün nə qədər çətinliklə əldə edildiyini unutmamaq lazımdır.

Şüşə sənayeləşməsi XIX əsrdə başlamışdır və mikro və makro səviyyədə hər bir sektorda öz yerini tapmışdır.

Bu gün şüşə məmulatı demək olar ki, hər bir sahədə, məsələn, memarlıq, səhiyyə, avtomobil, tikinti, kommunikasiya, maşın və s. sahələrdə istifadə olunur.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin