Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu


II FƏSİL. MÜƏSSİSƏNİN İNVESTİSİYA FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 442,15 Kb.
səhifə4/6
tarix21.10.2017
ölçüsü442,15 Kb.
#8272
1   2   3   4   5   6

II FƏSİL. MÜƏSSİSƏNİN İNVESTİSİYA FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

2.1. İnvestisiya fəaliyyəti təhlilinin məqsədi, vəzifələri

və informasiya mənbələri
İnvestisiya dedikdə, öz ölkəsində, yaxud xaricdə müxtəlif sferalarda fəaliyyət göstərən şirkətlərə, layihələrə, proqramlara, innovasiya proyektrlərinə kapitalın uzunmüddətli qoyuluşları başa düşülür. İstər beynəlxalq və istərsə də ölkə praktikasında investisiyaların aşağıdakı növləri fərqləndirilir:

a). Dövlət büdcəsinin vəsaitləri və digər maliyyə mənbələri hesabına həyata keçirilən investisiyalar;

b). Xarici investorlar, dövlətlər, banklar, şirkətlər və sahibkarlar tərəfindən yönəldilən xarici investisiyalar;

c). Özəl müəssisə və təşkilatların, eləcə də, vətəndaşların şəxsi vəsaitləri hesabına həyata keçirilən investisiyalar;

ç). Yeni tikintiyə müəssisələrin yenidən qurulmasına və texniki cəhətdən rekonstruksiyasına yönəldilən istehsal investisiyaları;

d). Əqli məhsulun yaradılmasına yönəldilən intellektual investisiyalar;

e). Hüquqi şəxslərin səhmlərinin 50%-dən çoxuna sahidliyi təmin edən nəzarət investisiyaları;

ə). şirkətin səs hüquqlu səhmlərinin 50%-dən az hissəsinə sahibliyini təmin edən qeyri-nəzarət investisiyaları.

Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynayan investisiya qoyuluşları «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Danılmaz həqiqətdir ki, təsərrüfat subyektlərinin investisiya fəaliyyəti daxili və xarici bazarlarda əsas seqmentlər və sektorlar üzrə mövqelərin möhkəmləndirilməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, müəssisə və şirkətlərin modernləşdirilməsi, dünya bazarında məhsulun keyfiyyət parametrlərinə adekvat cavab verən maşın və avadanlıqların əldə edilməsi, mütərəqqi və innovativ texnologiyaların mənimsənilməsi, istehsal və kommersiya fəaliyyətinin effektivliyinin yüksəldilməsi və digər prioritet məsələlərin həllini təmin edən strategi istiqamət hesab olunur.

Yeri gəlmişkən onu da qeyd edək ki, son zamanlara qədər investisiyaların qiymətləndirilməsi probleminə iqtisadi təhlilin bu və ya digər blokunda tədqiqatın ayrıca obyekti kimi rast gəlinmir. Lakin, ölkə iqtisadiyyatının bütün sahələrində, xüsusilə də neft-qaz sferasında birbaşa investisiyaların (daxili və xarici investisiyaların) sürətli artımı dövlət və özəl sektora mənsub bütün təsərrüfat subyektlərində investisiya fəaliyyətinin təhlili metodikasının işlənilib hazırlanmasını zəruri edir.

Fikrimizcə, daxili və xarici investisiya qoyuluşlarının həcminin artdığı müasir şəraitdə investisiya qoyuluşlarının həyata keçirilməsi probleminə dair məsələlərin kompleks həlli, menecment sistemində maliyyə, investisiya və əməliyyat qərarlarının effektivliyinin əsaslandırılması və səmərəliliyinin qiymətləndirilməsi iqtisadi təhlilin metodikası vasitəsilə reallaşdırıla bilər. Məsələyə bu prizmadan yanaşdıqda uzunmüddətli və qısamüddətli investisiyaların gəlirliliyinin qiymətləndirilməsi, müəssisə və şirkətlərdə investisiya qoyuluşlarının inkişaf istiqamətlərinin müəyyən edilməsi, kapital qoyuluşlarının daha prioritet sahələrə yönəldilməsi imkanlarının araşdırılması, investisiya qoyuluşlarına yönəldilən vəsaitdən istifadə prosesində əldə olunmuş faktiki nəticələrin proqnoz rəqəmlərdən kənarlaşmalara təsir göstərən obyektiv və subyektiv amillərin, daxili və xarici faktorların təsirinin hesablanılması və optimal menecment qərarlarının hazırlanması investisiyaların təhlilin əsas məqsədi sayılır.

Yuxarıda deyilənlərdən göründüyü kimi, nəzəri-iqtisadi ədəbiyyatlarda və praktikada investisiya anlayışı mənfəətin artırılması və xüsusi kapitalın qorunub saxlanılması məqsədi ilə müəssisə vəsaitinin aktivlərə uzunmüddətli qoyuluşu kimi şərh olunur. Onlar cari məsrəflərdən vaxtın uzunluğuna görə fərqlənir. Belə ki, şirkət investisiya qoyuluşlarından uzun bir dövr ərzində iqtisadi səmərə götürür. Başqa sözlə desək, məhsul buraxılı və satışının, mənfəət və pul gəlirlərinin həcmi çoxalır, məhsulun material tutumu, kapital tutumu, əmək tutumu azalır və son nəticədə əmək məhsuldarlığı və resurslardan istifadənin rentabellik səviyyəsi yüksəlir.

Xüsusi vurğulamaq yerinə düşər ki, investisiya bazarı mürəkkəb olmaqla yanaşı, iqtisadiyyatın aşağıdakı sahələrinə yönəldilir;

1). İqtisadiyyatın maddi bölməsinə investisiyalar;

2). İqtisadiyyatın maliyyə bölməsinə investisiyalar (qiymətli kağızlara investisiyalar);

3). İqtisadiyyatın innovasiya bölmsinə investisiyalar.



İqtisadiyyatın maddi bölməsinə yönəldilən investisiyalar onların yerləşdirilmə istiqmətlərindən asılı olaraq aşağıdakı bloklara bölünür: 1). əsas vəsaitlərə kapital qoyuluşları; 2). daşınmaz əmlaka investisiyalar; 3). Digər aktivlərə investisiyalar.

Əsas vəsaitlərə (kapital) qoyuluşları dedikdə, onların rekonstruksiyası, texniki cəhətdən yenidən qurulması və modernləşdirilməsi, fəaliyyətdə olan müəssisənin miqyasının genişləndirilmsi, istehsal və qeyri-istehsal təyinatlı obyektlərin tikintisi başa düşülür. Praktikada, əsas kapitala investisiyalar anlayışı altında torpaq, bina və avadanlıqların əldə edilməsinə yönəldilmiş xərclərin məcmusu və digər məsrəflər birləşdirilir. Daşınmaz əmlaka investisiyalar dedikdə, torpaq sahələrinə, sənaye və mülki obyektlərə, yaşayış binalarına, tikintisi başa çatmış obyektlərə yönəldilən investisiyalar başa düşülür. Digər aktivlərə yönəldilən investisiyalara, bir qayda olaraq qiymətli metallara, qiymətli kağızlara və sənət əsərlərinə yönəldilən investisiyalar aid edilir.

Beynəlxalq təcrübədə kapital qoyuluşlarına investisiya layihələri rentabellik normasına görə fərqlənir və onlar rentabelli və sıfır rentabelli investisisyalara bölünür. Sıfır rentabelli investisiyalara ekoloji layihələr və istehsal təhlükəsizliyinə yönəldilmiş investisiyalar daxil edilir.

İnnovasiya bölməsinə ayrılan investisiyalar maliyyə qoyuluşlarının əsas istiqamətini təşkil edir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

1). İntellektual Mülkiyyətə investisiyalar (ixtiralar, kəşflər, patentlər, səmərələşdirici təkliflər, lisenziyalar, NOU-XAU, istehsalın və əməyin proqressiv metodlarının layihələşdirilməsi);

2) Xüsusi innovasiya fəaliyyətinə investisiya (elmi-tədqiqat işləri, yeni texnologiyanın mənimsənilməsi, yeni texnoloji proseslərin işlənilməsi).

«İnvestisiya qoyuluşlarının obyektləri» əlamətinə görə investisyalar real və maliyyə investisyalarına bölünür. Real investisiyalar dedikdə şirkətin maddi-texniki bazasının möhkəmləndirilməsinə, onun istehsal gücünün artırılmasına, yeni məhsul çeşidlərinin və mütərəqqi texnologiyaların mənimsənilməsinə, yaşayış evlərinin və sosial obyektlərin tikilməsinə, ekoloji tədbirlərə yönəldilən vəsait qoyuluşları başa düşülür. Maliyyə investisiyalarına qiymətli kağızlara uzunmüddətli qoyuluşlar, xammalın göndərilməsini və məhsulun reallaşdırılmasını təmin edən korporativ birgə müəssisələrə istiqamətləndirilən uzunmüddətli qoyuluşlar aid edilir.

Danılmaz həqiqətdir ki, investisiyalar ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Daxili və xarici investisiyaların köməyi ilə fəaliyyətdə olan şirkətlərin maddi-texniki bazası möhkəmləndirilir, əsas kapitalın təkrar istehsalı genişləndirilir, istehsal resurslarına qənaət edilir, məhsulun (iş və xidmətlərin) məsrəftutumunun azaldılmasına, mənfəətin mütləq kəmiyyətinin artırılmasına və əmək məhsuldarlığının səviyyəsinin yüksəldilməsinə nail olunur. İqtisadiyyatın inkişafının müasir mərhələsində müəssisə və şirkətlərdə yeni məhsul brendlərinin yaradılması, buraxılan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, əlavə pul vəsaitləri və onların ekvivalentlərinin dövriyyəyə cəlb olunması problemləri sistemli və kompleks şəkildə həll edilir.

Beləliklə, yuxarıda deyilənləri əsas götürərək investisiya fəaliyyətnin mikro təhlilinin qarşısında duran əsas vəzifələri aşağıdakı kimi sıralamaq olar:

1). Uzunmüddətli investisiyalar və onların yerləşdirilməsi üçün əlverişli investisiya mühitinin kompleks qiymətləndirilməsi;

2). Maliyyələşdirmə mənbələrinin əsaslandırılması və investisiyaya yönəldilən kapitalın dəyərinin qiymətləndirilməsi;

3). Kapital qoyuluşlarının həcminə təsir göstərən daxili və xarici faktorların aşkar edilməsi və onların təsir dərəcəsinin qiymətləndirilməsi;

4). İnvestisiya layihələrinin nəticələrinin proqnozlaşdırılması;

5). Layihələrin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricilərin maksimallaşdırılması və investisiya qoyuluşları üzrə riskin minimallaşdırılması;

6). İnvestisiya qoyuluşlarından sonra maliyyə monitorinqinin həyata keçirilməsi, şirkətin investisiya cəlbediciliyinin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasını təmin edən tövsiyyələrin hazırlanması;

7). Qiymətli kağızlar bazarının və borc kapitalının operativ monitorinqinin təşkil edilməsi və nəticələrin qiymətləndirilməsi;

8). İnvestisiya portfelinin effektivliyinin optimallaşdırılması;

9). Daxili və xarici investisiyaların dinamikasının qiymətləndirilməsi, investisiyaların həcminin artırılması və onun effektivliyinin yüksəldilməsi ehtiyatlarının aşkar edilməsi;

10). Aşkara çıxarılmış ehtiyatlardan istifadəni təmin edən səmərəli menecment qərarlarının hazırlanması.

Heç kimə sirr deyildir ki, investisiya layihələrinin təhlilinin nəticələrinə istinad etməklə qəbul edilən menecment qərarlarının effektivliyi, ilk növbədə, iqtisadi təhlil prosesində istifadə olunan informasiya mənbələrinin keyfiyyətindən və etibarlılığından asılıdır. İnvestisiya layihələrini həyata keçirən şirkətin rəhbərliyi, menecerlər, investor və kreditorlar sahibkarlar, auditorlar nəzarət funksiyalarını icra edən dövlət orqanları müvafiq informasiya mənbələrindən istifadə etməklə investisiya qoyuluşları ilə əlaqədar çoxlu sayda maliyyə-iqtisadi, texniki-texnoloji və ekoloji göstəriciləri hesablayır və nəticələrini qiymətləndirir. İnvestisiya fəaliyyətinin təhlili prosesində mühasibat uçotu məlumatlarından, marketinq informasiyasından, maliyyə hesabatlarından, auditor və konsaltinq firmaların rəylərindən, normativ-hüquqi və qanunvericilik aktlarından, işgüzar mətbutdan və xüsusi elmi ədəbiyyatlardan, birjaların kotirovkalarından, ekspertlərin rəylərindən, informasiya şəbəsində verilən məlumatlardan statistik məcmuələrdən və digər informasiya mənbələrindən istifadə edilir.



2.2. İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsi

mənbələrinin təhlili
Məlumdur ki, investisiya prosesinin tənzimlənməsi dövlətin investisiya siyasətinə uyğun olaraq ölkənin sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilir. Bu məqsədlə ayrılmış maliyyə vəsaiti hər il müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulur. Məlum həqiqətdir ki, kapital qoyuluşlarından fərqli olaraq investisiya qoyuluşları həm dəyər formasında və həm də əşya formasında həyata keçirilir. Ölkənin zəngin milli sərvətlərə sahib olması və qlobal maliyyə böhranı şəraitində investisiya qoyuluşlarına tələbat xeyli artır. Buna görə də, ölkənin sosial-iqtisadi inkişaf proqramının yerinə yetirilməsində maliyyə təminatı mühüm rol oynayır.

Odur ki, investisiya proqramının reallaşdırılması öz ifadəsini hər şeydən əvvəl proqressiv texnika və texnologiyanın tətbiqində, istehsal olunmuş məhsulun həcmində, yerinə yetirilmiş iş və xidmətlərin dəyərində tapır. Bu baxımdan investisiya qoyuluşlarının maliyyələşdirilməsi mənbələrinin düzgün müəyyən edilməsi, onların sistemli təhlili və qiymətləndirilməsi obyektiv zərurətə çevrilir.

«İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda investisiya prosesinin maliyyələşdirilməsi mənbələrinə aşağıdakılar daxil edilir:

1). İnvestorun özünün maddi və intellektual sərvətləri, maliyyə vəsaiti və təsərrüfat daxili ehtiyatları (mənfəət, amortizasiya, fiziki və hüquqi şəxslərin pul yığımı, əhalinin əmanətləri);

2). İnvestorun borc maliyyə vəsaiti (bank kreditləri, istiqrazlar, səhmlər);

3). İnvestorun cəlb edilmiş vəsaiti (vətəndaşların depozitləri, hüquqi şəxslərin payları, səhmlərin satışından əldə edilən vəsait);

4). Dövlət büdcəsindən yerli büdcədən, büdcədənkənar fondlardan investisiya qoyuluşları üçün ayrılan məqsədli vəsaitlər;

5). Xarici investisiyalar;

6). Müəssisələrin, vətəndaşların və təşkilatların əvəzsiz və xeyriyyə haqları.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, sözügedən qanunda həm investisiya fəaliyyətinin obyektləri və həm də həmin obyektlərə yönəldilən vəsait və sərvətlər öz əksini tapır. Müxtəlif obyektlərə qoyulmuş vəsait və sərvətlər isə aşağıdakılardan ibarətdir:

- pul vəsaiti. Məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;

- daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıqlar və başqa maddi sərvətlər);

- müvafiq qaydada rəsmiləşdirilmiş elmi-praktiki və digər intellektual sərvətlər;

- bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilmiş texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (nou-hau);

- torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;

- başqa sərvətlər.

Fikrimizcə, investisiya qoyuluşlarının maliyyələşdirilməsi mənbələrini aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar:

1). Mülkiyyət münasibətləri əlamətinə görə;

2). Mülkiyətin növləri əlamətinə görə;

3). Mülkiyyətlərin səviyyəsi, yaxud aidiyyatı əlamətinə görə.

Mülkiyyət münasibətləri əlamətinə görə mailiyyələşdirmə mənbələri xüsusi, cəlb edilmiş və borc vəsaitlərinə bölünür. İnvestisiya layihələrinin sözügedən əlamət üzrə maliyyələşdirmə mənbələrinin strukturu aşağıdakı sxem-cədvəldə daha sistemli şəkildə öz əksini tapır.
Cədvəl 2.2.1.

İnvestisiya layihələrinin mülkiyyət münasibətləri əlamətinə görə maliyyələşdirmə mənbələrinin strukturu

Qrup

Növ

Qrupdaxili mənbələrin təşkilati strukturu

Dövlət resursları

Xüsusi vəsaitlər

Dövlət büdcəsi və yerli büdcələr, büdcədən-kənar fondlar (pensiya fondu, sosial sığorta fondu, əhalinin məşğulluq fondu, məcburi tibbi sığorta fondu, digər fondlar).

Cəlb olunan və-saitlər

Dövlətin kredit sistemi

Dövlətin sığorta sistemi



Müəssisələrin resursları

Borc vəsaitləri

Dövlət borcları (dövlət borcu, xarici borclar, beynəlxalq kredit)

Xüsusi vəsaitlər

Müəssisənin xüsusi investisiya ehtiyatları




Cəlb olunmuş vəsaitlər

Paylar, səhmlərin satışı, əlavə səhm emissiyası

İnvestisiya şirkətlərinin (rezident, o cümlədən payla investisiya fondlarının) investisiya ehti-yatları

Rezident sığorta şirkətlərinin investisiya re-sursları

Qeyri-dövlət krediti, büdcə krediti və məqsədli kreditlər

Borc vəsaitləri

Bank krediti, kommersiya krediti, büdcə krediti və məqsdli kreditlər







Xarici investorların, o cümlədən kommersiya banklarının investisiya resursları, beynəlxalq maliyyə institutları, institutsional investorlar, müəssisələr, təşkilatlar, firmalar.



İnvestisiya qoyuluşlarının maliyyləşdirilməsinin mülkiyyət növləri əlamətinə görə aşağıdakı mənbələrini göstərmək olar:

1). dövlətin maliyyələşdirmə mənbələri (buraya büdcə və büdcədən kənar vəsaitlər, dövlət borcu və dövlət əmlakı da daxil olmaqla digər resurslar aiddir);

2). Təsərrüfat subyektlərinin maliyyə resursları (Buraya mənfəət, amortizasiya ayırmaları, təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsi üçün sığorta təşkilatları tərəfindən verilən ödənişlər, həmçinin cəlb edilmiş vəsaitlər daxildir);

3). Xarici investorların vəsaitləri (buraya xarici dövlətlərin, beynəlxalq maliyyə və investisiya institutlarının, ayrı-ayrı müəssisələr, banklar və kredit idarələrinin investisiya yönümlü vəsaitləri aiddir).


Cədvəl 2.2.2.

İnvestisiya layihələrinin maliyyələşdirilməsi mənbələri

Maliyyələşdirmənin təşkilati formaları

Müəssisələrin xüsusi və cəlb olunmuş vəsaitləri

Büdcə və büdcədən kənar dövlət vəsaitləri

Xarici investisiya-lar

Borc vəsaitləri

1. Səhmdar maliyyələş-dirməsi













1.1. Nizamnamə kapita-lında iştirak payı

+

+

+

-

1.2. Korporativ maliyyə-ləşdirmə

+

+

+

-

2. Dövlət maliyyələşdi-rilməsi













2.1.Büdcə krediti (qay-tarılmaq şərtilə)

-

+

+

-

2.2. Büdcədən birbaşa ayırmalar (qaytarılma-yan vəsaitlər)

-

+

-

-

2.3. Dövlətin məqsədli investisiya proqramları

-

+

-

-

2.4. Dövlət borcu hesa-bına layihənin maliyyə-ləşdirilməsi

-

+

+

+

2.5. Layihənin maliyyə-ləşdirilməsi

-

+

+

+

3. Borc hesabına maliy-yələşdirmə













3.1. Lizinq

-

-

+

+

3.2. Bankların ssuda və kreditləri

-

+

+

+

3.3. Xarici kreditlər

-

-

+

+

3.4. Kollektiv investor-ların investisiyaları

-

-

+

+

Yüklə 442,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin