2.2. Beynəlxalq neft birjalarında kommersiya sövdələşmələrin formaları
Kommersiya müqavilələrinin təsnifatı. İş adamının kommersiya əlaqələrinin inkişafının əsas istiqamətləri aşağıdakılardır:
a) Təchizatçılarla münasibətlərdə bütün zəruri hallar; b) onun məhsullarının istehlakçılar ilə münasibətləri. Bu zaman tərəflərin hüquq və vəzifələri sahibkar və onun tərəfdaşları arasında imzalanan müqavilələrlə (kontraktlarla) təsdiqlənir. Kommersiya fəaliyyəti zamanı müqavilələrin aşağıdakı növləri daha geniş istifadə olunur: 1. Alqı-satqı müqaviləsi; 2. Tapşırıq müqaviləsi; 3. Komissiya müqaviləsi; 4.Agent müqaviləsi; 5. Müstəsna malların satışı haqqında müqavilə; 6. Françayzinq müqaviləsi; 7. Faktorinq haqqında müqavilə; 8. Saxlanılma haqqında müqavilə; 9.İcarə müqaviləsi; 10. Lizinq müqaviləsi və başqaları.
Təcrübədə tətbiq olunan müxtəlif müqavilələr, müqavilə öhdəliklərinin müxtəlifliyi hüququn xüsusi sahəsinin - icbari hüququn yaranmasına səbəb olmuşdur. Təsərrüfat işində bəzən müqavilə mətnlərini hazırlanması işinə mütəxəssislər və məsləhətçilər («Standart müqavilə formaları hazırlanması üçün») cəlb olunur.
Kommersiya müqavilələri yazılı formada olub tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün sahibkarlıq müqavilələrinin əsas formasıdır. Orada razılaşmanın predmeti, tərəfdaşların qarşılıqlı hüquq və öhdəlikləri, həmçinin razılaşmanın pozulmasının nəticələri qeydə alınır.
Dostları ilə paylaş: |