Çərçivə müqaviləsinin strukturu.
Elə standart müqavilə formaları vardır ki, onlar məcburi xarakter daşımır, yalnız konkret əsasən müqavilənin istənilən forması üçün nəzərdə tutulur. Lakin təcrübədə, xüsusilə struktur üzrə, müəyyən tələblər mövcuddur ki, o, preambula (tərəflərin adı, müqavilənin imzalanması vaxtı, yeri və adı göstərilməklə); əsas və yekun hissədən ibarətdir.
Müqavilənin əsas hissəsi spesifik (yalnız bu sövdələşmə üçün səciyyəvi) və ümumi şərtləri olan iki bölmədən ibarətdir. Müqavilənin spesifik şərtlərinə aiddir; müqavilənin predmeti və ya malın sayı; malın keyfiyyəti; malın qiyməti, qiymətdə güzəştlər və ya qiymət üzərinə əlavələr, təchizatın bazis şərtləri, malın daşınma və sığorta şərtləri, cif qiymətlər (cost, insurance, freight), fob (free on board), caf (cost and freight), fas (free the ship alongside); ödənilmə qaydası və müddəti; tərəflərin vəzifələri və hüquqları. Məhz müqavilənin spesifik şərtləri tərəfdaşlar arasında müqavilə bağlanarkən onun mövzu və məzmunu təşkil edir.
Ümumi müqavilənin şərtlərinə onların məzmunundan (arbitraj qeydi, fors-major) asılı olmayaraq bütün müqavilələrə aid edilən şərtlər daxildir.
Müqavilənin sonunda tərəflərin hüquqi ünvanları, sənədin qüvvəyə minmə yeri, onun bitmə müddəti və müqavilənin ayrılmaz hissəsi olan bütün əlavələr və tərəflərin imzaları öz əksini tapır.
Dostları ilə paylaş: |