Forvard müqavilələr.
Fovard hesablaşma və ya təchizatlı ola bilər. Hesablaşma (təchizatsız) forvard (CDF Contract For Difference) çıxarılması baza aktivinin göndərilməsi ilə bitmir. Təchizatlı forvard (CF) baza aktivinin çatdırılması və müqavilə şərtlərinə uyğun tam ödənilməsi ilə başa çatır.
Təcili birjadankənar sövdələşmə (müqavilə ilə vaxtı uzadılmış öhdəliklər) təchizatlı forvarddır.
Açıq tarixli forvard müqavilə hesablaşma (tarix icrası) tarixi müəyyən edilməmiş müqavilədir.
Birjadan kənar müqavilə növləri.
Təchizatçı forvard - birjadankənar müqavilələrin bağlanması forması kimi ən çox yayılmışdır, bir tərəfi baza aktivi taradır, digəri isə pul ödəyir. “Spot” razılaşmalarına - «yaxın» müddətə olan hesablama razılaşması kimi də baxmaq olar.
Hesablaşma forvard - daha az yayılan formadır. Rusiya üçün bu növ müqavilələr öz hüquqi müdafiəsizliyinə görə çox nadir bir haldır. 1998-ci ildə Rusiya məhkəmələri avqust böhranından sonra Rusiya bankları tərəfindən bir neçə xarici banklara olan borclar üzrə onların iddialarını rədd etmişdir. Rusiya məhkəməsi bu sazişləri mərcə bərabərləşdirdi.
Birjadankənar opsion - birjadankənar müqavilə tipi kimi bir tərəfin aktivin alınması və ya satılmasını vəzifə deyil , hüquq olduğunu təsdiq edir. Birjadankənar opsionları birja standartları ilə qarışdırmaq lazım deyil. Birjadankənar bazarlar üçün opsion ticarət aləti deyil,elə tip müqavilədir ki , opsion məhz maliyyə alətidir.
Fyüçers (fyüçers müqavilə). Futures - maliyyə aləti kimi tərəflərin (satıcı və alıcı) qiymət səviyyəsi və çatdırılma müddəti barədə razılığa gəldikləri, standart şəkilli təcili birja alqı-satqısı haqqında müqaviləsidir. Aktivin digər parametrləri (miqdarı, keyfiyyəti, qablaşdırılması, markalanması və s.) əvvəlcədən birja müqaviləsi spesifikasiyasında göstərilir. Tərəflər birja qarşısında fyüçersin yerinə yetirilməsinə görə öhdəlik daşıyırlar.
Fyüçersə forvardın standartlaşdırılan növü kimi, birjanın daxilində mərkəzləşmiş qaydada qarşılıqlı hesablaşması kimi də baxmaq olar.
Təchizatçı fyüçers alıcı tərəfindən müqavilənin icra tarixində əmtəənin əldə edilməsini, satıcının isə lazımi sayda baza aktivini satmasını nəzərdə tutur. Çatdırılmanın qiyməti son hərracın keçirildiyi vaxt üçün müəyyən olunmuş qiymət əsasında həyata keçirilir. Müqavilənin vaxtı bitdiyi, lakin satıcının malı hələ də almadığı halda birja cavabdehin üzərinə cərimə qoyur.
Hesablama (çatdırılma olmayan) fyüçers onu nəzərdə tutur ki, iştirakçılar arasında yalnız pul hesablaşmaları müqavilənin qiyməti ilə aktivin faktiki qiyməti arasındakı fərqdən asılı olaraq aparılır. Belə halda adətən baza aktivinin qiymətini dəyişdirilməsi və ya spekulyasiya yönündə dəyişiklik risklərinin hecləməsi qaydası tətbiq olunur. Fyüçersin spesifikasiyası orada fyuçers müqaviləsinin əsas şərtləri təsbit olunduğu birja tərəfindən təsdiq olunmuş sənəddir.
Fyüçersin spesifikasiyasına aşağıdakılar daxildir:
Müqavilənin adı;
Şərti adı (ixtisar olunması);
Müqavilənin (hesab/təchizat) növü;
Müqavilənin ölçüsü, bir müqavilə üçün baza aktivlərinin sayı,
Müqavilənin müraciət müddəti;
Çatdırılma tarixi;
Minimal qiymət dəyişməsi;
Minimal addımın dəyəri.
Peterburq beynəlxalq əmtəə-xammal birjası 2010-cu ilin payızında fyüçers müqavilələrlə neft məhsullarının elektron hərraclarına başlamışdır.
Birinci mərhələdə birja Requlyar-92 fyüçersləri üzrə dizel yanacağı və avtomobil benzini satmaq təklif edirdi. Çatdırılması NEZ (Neft Emalı Zavodu) ilə Moskvada, Samara, Yaroslavl, Ryazan və Kstovadan həyata keçiriləcək.
Müqavilələrin qiyməti malın qiymətinə, Vladimir şəhərinin dəmiryol stansiyasına çatdırılmasına əsaslanaraq müəyyən olacaq.
Birjanın iki illlik fəaliyyəti nəticəsində neft məhsulları üzrə hərracların həcmi 4 milyon tonu ötüb, dövriyyə isə 137 milyard rubl təşkil edib. 5,8 min müqavilə real mal ilə həyat keçirilib. Gündə hərraca 50-70 min ton neft məhsulları çıxarılır.
Bu zaman hərracların həcmi rekord səviyyəyə milyon tona çatmışdır. Müqayisə üçün.
Rusiya birjalarında neft məhsullarının yalnız kiçik bir hissəsi satılır. 2. Biz dizel yanacağı istehsalçısını təsəvvür edək. O, yanvarda öz fəaliyyə\tini planlaşdırır və hesab edir ki, yay aylarına tədarüklə birlikdə dizel yanacağının cari qiyməti onun üçün istehsal xərclərini və gəlirləri təmin edir. Lakin o, yaya doğru bu qiymətin aşağı düşəcəyindən ehtiyat edir. Yanvarda real əmtəəyə (mala) malik olmayaraq o, istehsal edilməmiş malı onun eksport imkanlarına uyğun olan miqdarda satır. Məsələn, yay aylarına hər qallon üçün 50 sent olmaqla hər birinə 42 000 qallon olmaqla 100 kontrakt ehtimal edək. Yayda mövcud dizel yanacağının qiyməti həqiqətən də aşağı düşür. Lakin hecer zərər çəkmir:
Bundan başqa, birjalarda əsasən, daxili bazara daxil olan məhsullar satılır.
Rusiyanın fyüçers bazarı dünya bazarları ilə müqayisədə az inkişaf etmişdir, lakin burada neft sahəsinə az məbləğ qoyulmalıdır. Belə ki, IPE (International Petroleum Exchange, sonradan Futures)- Beynəlxalq Neft Birjası (BNB) üçün minimal müqavilə 1000 barelldir.
Dostları ilə paylaş: |