Azərbaycanda işlənən ən böyük neft yataqlarindandır (AÇG)
Yatağın əsas göstəriciləri
Kəşf edilib:
Günəşli:
1979
Çıraq:
1985
Azəri:
1987
Saziş sahəsi
432,4 km2
Neft ehtiyatı (2012-ci ilin proqnozu)
1 mlrd t. şərti yanacaq vahidi
Qazılması nəzərdə tutulan quyuların sayı
400
2014-cü ildə bu yataqdan çıxarılmış neftin həcmi:
31,4 mln. ton
2014-cü ildə bu yataqdan çıxarılmış qazın həcmi:
12,5 mlrd. m3
01.01.2015-ci il tarixinədək bu yataqdan çıxarılmış cəmi neftin həcmi:
354,32 mln. ton.
01.01.2015-ci il tarixinədək bu yataqdan çıxarılmış cəmi qazın həcmi:
103,5 mlrd. m3
Hesablamalara görə, 2001-ci ildən 2015-ci ilə dək fondun hesabına 60 mlrd. ABŞ dollarından çox vəsait daxil olub. Əldə olunan bu vəsaitlərin 30 milyard dollarıdan çoxu yığıma yönəldilmişdir. 2001-ci ildə Neft Fondunun vəsaiti 491,5 milyon ABŞ dollar səviyyəsində idi. Bu keçmiş 10 il müddətində isə bu vəsait 62 dəfə artması deməkdir.
ARDNF-dan verilən məlumatlara görə 2015-ci il ərzində fondun gəlirləri 7 milyar 721milyon manat, buna müqavil olaraq isə xərcləri 9 milyard 187 milyon manat təşkil edib. Cari il üçün reallaşdılırmış enerji sazişlərindən gəlirləri 7 milyard 385 milyon manat olmuşdur. Fondun vəsaitlərin idarə olunmasından qazancı isə 330 milyon manatdan çox olub. Həmçinin büdcədən kənar gəlirləri isə 23 milyon manat ətrafı təşkil edib. Açıqlanan məlumatlara əsasən 2016-ci ilin əvvəllərinə olan Fondun aktivləri keçen ilin cari dövrünə nisbətdə 9.5% həcmində azalıb. Hazırkı aktivlərin həcmi 33 milyard dollar həcmində dəyərləndirilir.
Uzun illər ölkə iqtisadiyyatı yüksələn neft hasilatı fonunda artırdı. 2011-ci ildən bəri bu artım qeyr-neft sektoruna yönlədirildi. 2000-2015-ci il qeyri-neft ümumdaxili məhsulu 11 dəfədən çox artmışdır. İqtisadi sıçrayış sosial rifahın yüksəlməsi, yoxsulluğun azalması, əhalinin gəlirinin artmasına səbəb oldu. Bu sürətli artım tempinə həmdə neftin qiymətinin tarixində görülmüş ən yüksək həddə çatmasıda təkan oldu. Beləki 2014-cü ilin II rübün sonu III rübündə əvvəllərində qiymətlər pik səviyyəsinə çatdı, Lakin III rübün ortalarından neftin qiymətində kəskin eniş başladı. Bu prosesi aşağıdakı diaqramda müşahidə edə bilirik.