3.2. Azərbaycan neft və neft məhsullarının beynəlxalq birjalarda ticarəti
Azərbaycan Respublikası milli müstəqilliyini əldə etdikdən sonra iqtisadiyyatın bütün sahələrində səmərəli addımlar atılır. Əsrin kontraktına əsaslanaraq deyə bilərik ki, Azərbaycan bu gün dünya bazarına öz məhsulunu çıxartmaq qabiliyyətinə malikdir. Bu sahələrdən ən çox diqqəti çəkən Neft strategiyasıdır. Adı çəkilən sahənin genişləndirilməsində Azərbaycan neft və neft məhsullarının beynəlxalq birjalarda dünya strandartlarına uyğun olaraq satışının düzgün təşkil edilməsi bu sahədə fəaliyyət göstərən iqtisadçılardan məhsuliyyət tələb edir.
Bir tərəfdən sənayeləşmə ilə birlikdə neft istehlakında sürətli artım, digər tərəfdən neftə alternativ bir enerji mənbəyinin hələ də olmaması neftin əhəmiyyətini daha da artırmışdır. Beləliklə, 20-ci əsrin da ən güclü enerji mənbəyi olan neftin, 21-ci əsrdə də əhəmiyyətini qoruyacağı görünür. Digər enerji mənbələrinə görə neftin, daha sonralar isə təbii qazın daha geniş istifadə sahəsinə malik olduğu da görünür. Dünya enerji istehlakında neftin payı 1938-ci ildə 20% ətrafı idisə hazırda bu rəqəm 55%-i ötmüşdür.
Cədvəl 3.
Dostları ilə paylaş: |