Tədqiqatın predmet və obyekti: Tədqiqatımızın predmetini əsasən İEÖ-in beynəlxalq ticari münasibətlərdə birja fəaliyyəti və burada aparılan sövdələşmələrin formaları, eləcədə beynəlxalq birja ticarətinin formalaşması amilləri və reallaşması xüsusiyyətləri təşkil edir, tədqiqatımızın obyektini isə beynəlxalq birjalar təşkil edir.
Tədqiqatın nəzəri-metodoloji əsası və informasiya bazası: Tədqiqatın əsas informasiya bazası kimi beynəlxalq birjaların vacib məlumatlarına, tarixi təcrübəsinə və reallaşdırılan müasir ticari bilgilərinə, statistikaya əsaslanan məlumatlarına, dəyərli dərsliklərə və yerili eləcədə xarici ədəbiyyatlara, müasir dövrün istinasız məlumat mənbəi olan internet resurslarına əsaslanır. Tədqiqatın hazırlanmasında dissertasiya işimin elmi rəhbərinin bilik və təcrübəsindən yararlanmış, məsləhətlərindən bəhrələnmiş eləcə də göstərilən istiqamətlər üzrə iş davam etdirilmişdir.