Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları


Marketinq xidmətinin bazar prinsipi üzrə təşkili



Yüklə 135,59 Kb.
səhifə35/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   31   32   33   34   35   36   37   38   ...   79
4. Marketinq xidmətinin bazar prinsipi üzrə təşkili.

Bu prinsip üzrə təşkil kifayət qədər çox çeşidə malik malları olan firmaların fəaliyyətində tətbiq edilir. Bazar prinsipi üzrə təşkil müxtəlif bazarlarda müxtəlif alıcı adətləri, yaxud əmtəəyə verilən üstünlüklərin olduğu hallarda məqsədəuyğun hesab edilir.



5. Marketinq xidmətinin “qarışıq” prinsip üzrə təşkili.

Bu təşkilin əsas məqsədi, bir qayda olaraq idarəetmə sistemində struktur bölmələrinin fəaliyyətlərinin üstün cəhətlərini ümumiləşdirmək və nöqsan cəhətləri aradan qaldırmaqdan ibarətdir. Ədəbiyyatlarda 3 əsas “qarışıq” prinsip üzrə struktura rast gəlmək olar: funksional - əmtəə, funksional - bazar, bazar - əmtəə.

Müəssisənin marketinq xidmətinin əsas vəzifəsi və funksiyası müəssisə qarşısında qoyulan məqsədi daha yüksək effektlə həyata keçirməyə imkan verən marketinq fəaliyyəti təşkil etməkdir.

Marketinq üzrə vitse-prezidentin vəzifəsi və funksiyaları. Marketinq üzrə vitse-prezi­den­tin (direktorun) əsas vəzifəsi müəssisənin marketinq fəaliyyətinə aid olan məsə­lə­lərin yerinə yetirilməsini təmin edən tədbirlərin hazırlanmasını təmin etmək və onların həyata keçirilməsinə nəzarət etməkdir.

Marketinq üzrə vitse-prezident ona həvalə edilən vəzifələri yerinə yetirmək məqsədilə müəssisənin marketinq fəaliyyətinə ümumi rəhbərliyi həyata ke­çi­rir; marketinq bölməsinin digər bölmələrlə əlaqəsini təşkil edir və ona nəzarət edir; strateci və operativ marketinq planlarının hazırlanması üçün zəruri informasiyanın toplanmasını və bu planların tərtib edilməsini təşkil edir; məhsul çeşidinin genişləndirilməsinə, yeni məhsulların hazırlanması və mövcud məhsulların təkmilləşdirilməsinə dair verilmiş təklifləri təhlil edir, onların qəbul edilib-edilməməsi haqda qərarlar qəbul edir və bu qərarların həyata keçirilməsinə nəzarət edir; istehlakçılarla əlaqə yaradılmasını təmin edir; məhsullarının bölüşdürmə-ticarət və servis xidməti şəbəkəsinin yaradılmasını təşkil edir; kommunikasiya sisteminin yaradılmasını həyata keçirir və s.





  1. Yüklə 135,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin