Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları



Yüklə 135,59 Kb.
səhifə61/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   57   58   59   60   61   62   63   64   ...   79
3.Rəqabət anlayışı

İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub( concurere) “toqquşma”mənasını verir. Rəqabətin meydana gəlməsi tarixən mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi dövrə təsadüf edir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmək istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır. 


Bazar sisteminə malik bütün ölkələrdə, xüsusilə də keçid dövrünü yaşayan hər bir ölkədə rəqabətin ədalətli aparılması iqtisadi inkişafda əhəmiyyətli rola malikdir. Bu ölkələrdə təsərrüfat subyektləri arasında rəqabət aparmaq ənənəsinin olmaması haqsız rəqabətə gətirib çıxarır ki, bu da nəticədə əsas etibarı ilə istehsalın inkişafını stimullaşdırmaq əvəzinə ona mane olan bir amil kimi çıxış edir.
Bazar sisteminə malik ölkələrdə ədalətsizliyə yol verməmək üçün “ Haqsız rəqabət haqqında” qanun qəbul edilir. Haqsız rəqabət dedikdə, bazar subyektlərinin ədalətsiz üsullarla üstünliük əldə etməyə yönəldilmiş, bununla da digər bazar subyektlərinə( rəqiblərinə), yaxud onların işgüzarlıq nüfuzuna zərər  vura bilən fəaliyyəti nəzərdə tutulur.
Haqsız rəqabətə aşağıdakılar aid edilir:

      1. rəqibin təsərrüfatının təqlidi;

      2. rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması;

      3. rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

      4. haqsız sahibkarlıq fəaliyyəti;

      5. haqsız işgüzarlıq davranışı;

      6. istehlakçıların çaşdırılması.

Bu halların qanunla qarşısının alınması nəticə etibarı ilə bazar subyektlərinin əsassız üstünlük əldə etmək imkanını aradan qaldırır.


Yüklə 135,59 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin