Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə38/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   34   35   36   37   38   39   40   41   ...   188

Mənə deyib indi gələcəm



Əmimin oğlu Qüdrət çox baməzə idi. Bir dəfə başını qırx­dırmağa dəlləkxanaya gəlir. Dəllək Qəhraman başlayır bunun başını sabunlamağa. Bu vaxt Qəhramanı çağırırlar. Qəhraman o gedən olur gəlmir. Sən demə, Qəhraman Porta ev ağacı almağa gedəçəkmış. Maşın onu gözləyirmış, minir ge­dir, yolda fikirləşir ki, Qüdrət kişi yəqin başının sabununu si­lər, gedər evinə. Bunlar Porta getməkdə olsunlar. Qüdrət ki­şi az gözləyir, çox gözləyir görür, Qəhraman qayıtmadı.

Boğazında fitə sabunu, qab qarışıq götürüb çıxır dəllək­xa­nadan orta yola tərəf, sabun quruduqda su əlavə edib sabu­nu yaxırmış başına. Az keçmir adam toplaşır bura. Axşam üs­tü maşın Portdan qayıdır dolu ağac ilə. Maşındakılar görürlər orda yola nə qədər adam yığılıb. Elə bilirlər nə isə olub tökü­lürlər yerə. Görürlər ki, Qüdrət kişi hey dediyimiz təfsi­latda həşirdədir. Qüdrət kişi Qəhramanı görcək deyir:

Gördünüz, mən demişdim indi gələcək, axır gəldi.

O vaxtdan dillər əzbəri olub bu əhvalat.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin