Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə49/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   45   46   47   48   49   50   51   52   ...   188

Cəfərin hayıf çıxması



Bir dəfə Cəfərin Hacı Vəlidən acığı var imiş. Məqam gəzirmiş ki, əvəz çıxıb acığını soyutsun. Bir gün Hacı kənd ağsaqqallarından birini evinə qonaq çağırmaq üçün Cəfəri onun ardınca göndərir. Cəfərin əlinə fürsət düşür. Düşür kən­din bu başından o başına kimi 10-15 adama deyir ki, Hacı sizi şam yeməyinə qonaq çağırır. Onlar da Hacının nə isə bir mə­sə­lə müzakirə edəcəyini düşünüb onun evinə gəlirlər. Bəli, adamlar bir-bir evə daxil olub, salam əleyküm, – deyib keçib otururlar. Hacı da gələnlərə mat-mat baxıb heç nə deyə bil­mir. Bilir ki, bu, Cəfərin növbəti oyunlarından biridir. Çarə­siz qalıb bir nəfərlik şam tədarükünü artırmağa məcbur olur. De­yirlər ki, Cəfər qəzəblənmiş Hacının gözünə düz 10 gün görünmədi.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin