Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə52/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   48   49   50   51   52   53   54   55   ...   188

Kosara əhvalatı



O vaxtlar kosara qurardılar özü də evin banında. Bu Cə­fər də arvadı ilə kosa qurmaq üçün çıxır evin damına. Cəfər deyər:

– Ay arvad hey!

Deyər:

– Nədi, a kişi.

Deyər: – Gir kosaranın içərisinə suvağıynan.

Arvad balaca arvad imiş dənə, kişi qaldırarmış belənçik qoyarmış kosaranın içinə, kosara həsirdən olardı, o üzlü, bu üzlü palçıxdan şirəliyərmişdər, taxılı tökərmişlər içinə ki, qışı qalsın orda.

Arvadı salar kosaranın içərisinə deyər ki:

– Ay arvad, suva.

Bi müddətdən sora arvad deyər:

– Əşi, məni çıxartginan, bayıra çıxmağım gəlir.

Deyər:

– Başaa daş düşsün, mən səni burdan qaldırım qoyum qırağa, sora təzədən yenə qaldırım qoyum içəri, bi təhər döz.

Arvad baxar ki, Cəfər bunu çıxarmağ hiyəti yoxdur. Ar­vad sidiyə də gedər, böyük bayıra da gedər, qarışdırar palçığa, suvayar kosaranın duvarına.

Cəfər işini təmiz qutarar, təmiz qutarandan sonra deyər ki, arvad indi gəl səni çıxardım. Gəl get bayıra.

Arvad deyər:

– Ehtiyac yoxdu, ay Cəfər, işədim də, suladım da.

Rəhmətlik çox danışardı e, belə şeylərdən.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin