Мцгяддимя



Yüklə 0,7 Mb.
səhifə40/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   36   37   38   39   40   41   42   43   ...   64
Beləliklə, referat işi – seminar və praktiki dərslərin mövzusu ilə bağlı bu və ya digər sualın öyrənilməsi və hərtərəfli izahına yönəlmiş müstəqil və yaradıcı tədqiqatdır. Referat işinin əsas komponentləri – biblioqrafik təsvir, mövzunun xülasəsi və işin mətnidir.

Annotasiya (lat. – annotatio - şərh, xülasə; bir kitab, məqalə və s. haqqında qısaca məlumat) – adətən ilkin mənbənin məzmununu çatdıran kitabın, məqalənin qısa şərhi, xarakteristikasıdır. Annotasiya orijinala, mənbəyə müraciət etmədən yaranan suala cavab verir və buna görə də məlumat baxımından zəngin olmalıdır.

Rezüme (fr. resume – qısa izahat), ilkin rəyin elementlərini özündə əks etdirən annotasiyadır. Rezüme (qısa şərh və ya rəy) qiymətləndirici xarakter daşıyır.

Tələbələr müstəqil işdə istifadə edilmiş mənbələrə, məqalələrə istinadlar, iqtibaslar göstərməlidirlər.



Esse (inşa) 2-3 səhifəlik inşadır. Essedə sərbəst mövzu seçilir, köçürmə olmamalıdır, çünki yaradıcı işdir. Boloniya sistemi əsasında qurulmuş dərs prosesində kollokvium zamanı esselər vermək olar. Burada tələbələr yalnız öz fikirlərini bildirirlər, yaxud hansısa sosial problemlə bağlı öz rezümelərini verə bilərlər.

Fərdi iş tələbələrin müstəqil işi olub, aşağıdakı funksiyaları yerinə yetirir: idraki, öyrədici, tərbiyə.

İmtahana hazırlıq tələbələrin müstəqil işinə aiddir. İmtahana hazırlıq mərhələsində müəllim ilə əks əlaqə reallaşdırılır.

Frontal yoxlamada tələbələrin hamısında eyni zamanda bilik və qabiliyyətləri yoxlanılır. Ən geniş yayılmış imtahan forması biletlərlə keçirilən yazılı imtahandır. Biliklərin yoxlanılmasının və qiymətləndirilməsinin əsasında bir sıra didaktik prinsiplər durur, məsələn, oyektivlik, fərdi yanaşma və s.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin