Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə60/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   56   57   58   59   60   61   62   63   ...   105
Heydər Hüseynovun

100 illiyinə həsr olunmuş konfrans

18 iyun 2009-cu il, Bakı, Azərbaycan
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında görkəmli filosof, ədəbiyyatşünas, elm təşkilatçısı, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirildi.

Tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri təd­bir­də çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Pre­zident İlham Əliyevin Heydər Hüseynovun 100 illik yubileyinin keçi­ril­mə­si haqqında müvafiq Sərəncamının əhəmiyyətini vurğuladı. Alimin elm sa­həsində səmərəli xidmətlərini qeyd edən A.Həşimov, onun xatirəsinin da­im əziz tutulacağını bildirdi.

Məruzələrlə çıxış edən fəlsəfə elmləri doktorları İlham Məmmədzadə və Zümrüd Quluzadə H.Hüseynovun mənalı ömür yolundan, geniş elmi ya­ra­dıcılığından bəhs edərək Azərbaycan Elmlər Akademiyasının ilk aka­de­mik­lə­rindən biri kimi onun ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin in­kiş­afındakı böyük xidmətlərini diqqətə çatdırdılar. H.Hüseynov 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib, Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olub. 1939-cu ildə fəlsəfə elmləri namizədi, 1944-cü ildə elmlər doktoru alimlik dərəcəsi alıb, professor elmi adına layiq görülüb. O, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üz­vü seçilib. Uzun müddət ali məktəblərdə və elm müəssisələrində məsul və­zifələrdə çalışıb, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub. 300-dək monoqrafiya, kitab və məqalələrin müəllifi olan H.Hüseynov öl­kəmizdə elmin, təhsilin inkişafına çox dəyərli töhfələr verib.

Akademik Fuad Qasımzadə, AMEA-nın müxbir üzvü Səlahəddin Xə­lilov və digər alimlər də akademik Heydər Hüseynovun Azərbaycan fəlsəfə tarixindəki yerindən və rolundan, əsərlərinin əhəmiyyətindən danışdılar.




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin