Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin birinci yarısında gördüyü işlər haqqında hesabat



Yüklə 353,1 Kb.
səhifə13/15
tarix04.01.2022
ölçüsü353,1 Kb.
#57675
1   ...   7   8   9   10   11   12   13   14   15
KADRLARLA İŞ
Hesabat dövründə mədəniyyət və turizm sahəsində dövlət kadr siyasətinin həyata keçirilməsi istiqamətində Nazirlik tərəfindən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun, «Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması Qaydaları»nın və bu məsələyə aid digər normativ-hüquqi aktların icrası ilə bağlı zəruri işlər görülmüşdür.

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə cari dövr ərzində elan edilmiş 1 müsabiqəyə 17 yer, 5 müsahibəyə isə 12 yer təqdim olunmuşdur.

Elan edilən müsabiqəyə təqdim olunan vəzifələrə (12 vəzifə nazirliyin aparatından, 1 vəzifə Bakı şəhər, 4 vəzifə rayon mədəniyyət və turizm şöbələrindən) yalnız 1 nəfər nazirliyin maliyyə-iqtisadiyyat şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

Nazirliyin aparatında vakant vəzifələrin tutulması üçün elan edilən müsahibələrdə müvəffəqiyyət qazanan namizədlər müvafiq vəzifələrə təyin edilmişlər.

Həmçinin, ehtiyat kadrlar siyahısında olan 1 nəfər Turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi vəzifəsinə qəbul edilmişdir.

İdarəetmənin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə Nazirliyin aparatında struktur dəyişikliyi aparılmışdır.

“Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq nazirliyin strukturunda çalışan dövlət qulluqçuları haqqında məlumat hər ayın əvvəlində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya göndərilmişdir.

Cari dövr ərzində nazirliyin aparatına, tabe təşkilat və müəssisələrə ümumilikdə 60 nəfər işçi təyin edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nomenklaturasına daxil olan vəzifələrdə çalışan 7 əməkdaşın çalışma müddəti uzadılmış, 21 əməkdaş işdən azad edilmişı və uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə onlara nazirliyin Fəxri Fərmanı və pul mükafatı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının icrası ilə əlaqədar şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) aparatında çalışan baş mühasiblərin dövlət qulluğuna qəbul edilməsi və onlara kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi ilə əlaqədar müvafiq işlər görülmüşdür.

Hesabat dövründə Nazirlik aparatında 2, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində 3 əməkdaş sınaq müddətinin bitməsi ilə əlaqədar daimi dövlət qulluğuna qəbul edilmiş və onlara müvafiq olaraq “2-ci dərəcəli dövlət qulluqçusu” və “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir.

2012-ci ilin altı ayı ərzində nazirliyin 4 əməkdaşına müvafiq ixtisas dərəcəsi verilmişdir.

Nazirliyin 5 əməkdaşına Dövlət qulluğundakı qulluq stajları ilə bağlı vəzifə maaşlarına əlavə haqqın ödənilməsi təmin edilmişdir.

Cari ilin yanvar ayında brona alınma işləri ilə əlaqədar təlimata uyğun olaraq Nazirliyin və tabeliyində olan təşkilat və müəssisələrin əməkdaşlarının 2011-ci il üçün hərbi uçotu haqqında statistik məlumatlar ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilmişdir.

07 iyun 2012-ci il tarixində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən təlimlərdə Mədəniyyət və Turizm Nazirliyi aparatından 12 nəfər və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən 4 nəfər əməkdaşın iştirakı təmin edilmişdir.


Yüklə 353,1 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin