Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə40/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   61
TOXUNUŞ

Hamımız gözəl bilirik ki, uşaqlar üçün toxunuş nə qədər vacibdir. Həkimlər iddia edirlər ki, tez-tez qucağa götürülən uşaq nəvaziş görməyən uşaqdan daha tez inkişaf edir. Körpələri qollarında saxlayır, yelləyib yatırır, sonra öpüb qucaqlayırlar. Onlar «məhəbbət» sözünü öyrənənə qədər məhəbbəti hiss edirlər. Uşaqlar nəvazişi sevirlər. Amma yeniyetmə ilə bir az çətindir. O, dostları yanında olanda uşaq kimi öpülməyi xoşlamır. Əgər o, sizi itələyirsə, bu o demək deyil ki, onun toxunuşa ehtiyacı yoxdur.

Əgər yeniyetmə sizin qolunuzdan tutur, zarafatyana güləşməyə çalışır və hər dəfə siz yan keçəndə ayağınızdan tutursa, deməli, toxunuş onun üçün əhəmiyyətlidir.

Uşağınıza diqqət yetirin. O, məhəbbəti necə ifadə edir? Tez-tez nə istəyir? Nə xoşuna gəlir? Bütün bunlar sizə onun doğma məhəbbət dilini müəyyən etməyə kömək edəcək.

Mənim qızım məhəbbətin vaxt dilində danışır. Lap körpəliyindən o mənimlə birgə gəzməyi sevirdi. Sonra o, qızlar üçün nəzərdə tutulmuş Salemdəki ən qədim məktəbə daxil oldu. Həftədə üç dəfə mən onun yanına gəlir və birlikdə iki yüz ildən artıq yaşı olan bu şəhərin mənzərəli yerlərini tədqiq edirdik. Biz çay daşı döşənmiş küçələri dolaşır, köhnə qəbiristanlığa gedirdik. Biz sanki keçmişə qayıdır, oturub uzun danışıqlar aparırdıq. İndi qızım böyüyüb və o, həkimdir. Bizə gələndə ondan ilk eşitdiyim bu olur: «Ata, gedək bir az gəzək». Mən də razılaşıram.

Oğlum isə gəzməyi sevmir. O deyir: «Maşın olan yerdə piyada gəzmək nəyə lazımdır?».

Oğlum bunda məna görmür, çünki vaxt onun doğma dili deyil. Psixoloqdan eşitdiyiniz və ya tərbiyə ilə bağlı kitablardan oxuduğunuz məsləhətlərə kor-koranə əməl etmək olmaz. Bütün uşaqlar fərqlidir. Barmaqların beşi də eyni deyil. Birinin məhəbbət gördüyü yerdə, o biri heç nə hiss etmir. Əgər mən oğlumu gəzməyə məcbur etsəydim, çətin ki, bu, onun xoşuna gələrdi. Öz övladınıza onu necə sevdiyinizi bildirmək istəyirsinizsə, onun məhəbbət dilini öyrənin.

İnanıram ki, bütün valideynlər öz övladlarını sevirlər. Bilirəm ki, çoxlarının uşaqları ilə münasibəti üst-üstə düşmür. Çünki onlar ayrı-ayrı dillərdə danışırlar. Minlərlə uşaq boş məhəbbət kasası ilə yaşayır. Əminəm ki, elə bu da uşaq cinayətlərinə səbəb olur.

Amma bunu düzəltmək hələ gec deyil. Əgər uşağınız artıq böyüyübsə, ancaq siz hələ indi bütün həyatınız boyu onunla başqa dildə danışmısınızsa, ona belə deyin: «Bilirsən, mən məhəbbəti necə ifadə etmək barədə kitabı oxuyanda, başa düşdüm ki, çox şeyi düz etmirəm. Mən çalışsam da, sən heç nəyi görmürdün, çünki biz fərqli məhəbbət dillərində danışırdıq. Mənə elə gəlir ki, sənin məhəbbət dilin ... (o dili qeyd edin). Səni çox sevirəm. Ümid edirəm ki, tezliklə sən özün də bunu görəcəksən». Ona hansı məhəbbət dillərinin olması barədə danışın və birlikdə müzakirə edin.

Bəlkə sizə elə gəlir ki, uşaqlarınız sizi sevmirlər. Əgər onlar artıq kifayət qədər böyüyüblərsə, onda onlarla məhəbbətin dilləri haqqında danışın. Ola bilər ki, siz sürprizlə rastlaşasınız. Kim bilir, bəlkə də onlar sizin məhəbbət dilinizi məmnuniyyətlə öyrənəcək və münasibətləriniz daha yaxşı olacaq. Bir-birinin məhəbbət dili ilə danışmağı bacaran ailədə yaşamaq necə də gözəldir.



Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin