Məhəbbətin boş kasaları


Kiçik Ceyms S. Bell AİLƏ VƏ QRUP DAXİLİ



Yüklə 156,31 Kb.
səhifə42/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

Kiçik Ceyms S. Bell

AİLƏ VƏ QRUP DAXİLİ

MÜZAKİRƏ ÜÇÜN VƏSAİT




Giriş

Siz indi kitabı oxuyub qurtardınız. Həyat yoldaşınızı da bu kitabı oxumağa həvəsləndirin. Onda hər ikiniz burada yazılan bütün suallara cavab verə biləcəksiniz. Bu məşğələlər və suallar kişi və qadınlar üçün nəzərdə tutulub. Əgər hələ də öz doğma məhəbbət dilinizi müəyyən etməyə çətinlik çəkirsinizsə, ümid edirəm ki, bu vəsait sizin üçün faydalı olacaq. Beləliklə, siz öz doğma məhəbbət dilinizi və dialektlərinizi ayırd edəcəksiniz. Məhəbbətin bütün dilləri bizə tam aydın deyilsə, onda sual və məşğələlər bizim üçün vacib olmayacaq. Suallar bu fəsilə müvafiq olan materiallarla bağlıdır.

Müxtəlif səbəblərdən, xüsusilə də, nikahınız uğurlu deyilsə, həyat yoldaşınız bu kitabı oxumaqdan və sualları müzakirə etməkdən imtina edə bilər. Belə olan təqdirdə, bu vəsaiti öyrənməyə davam edin. Bəlkə həyat yoldaşınızın köməyi olmadan münasibətləri özünüz bərpa edə bildiniz. Burada verilən tövsiyələri yerinə yetirsəniz, həyat yoldaşınız bu kitabı oxumadan da dəyişilə bilər.

Ümumi suallar daha çox qrup şəkilində müzakirə üçün nəzərdə tutulmuşdu. Hər fəslin sonunda tapşırıqlar verilir. Təbii ki, qrupda şəxsi məsələləri də müzakirə etmək olar. Yalnız müzakirə aparacağınız sahədə müəyyən biliyə malik olan rəhbəri seçmək lazımdır. Araşdırmanı zənginləşdirmək üçün digər materiallardan da istifadə etmək olar. Nəzərə alın ki, 10 və 11-ci fəsillərdə verilən suallar birləşdirilib.

Əgər bütün suallara cavab verə bilməsəniz, narahat olmağa dəyməz. Bu, sadəcə məsləhətlərdir. Onlardan istifadə edib-etməmək yalnız sizdən asılıdır. Onlar hərtərəfli deyil. Unutmayın ki, sizin həyat yoldaşınız əvəzolunmazdır. Onun doğma məhəbbət dilində danışmağı öyrənin. Nəticə buna dəyər.

Fəsil 1



Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin