Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə111/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   107   108   109   110   111   112   113   114   ...   151

SƏNİ

Yalan deyib şər danışsan,

Lənətləyər ellər səni.

Təlxəkliklə sən yarışsan,

Qınaq eylər dillər səni.
Kimsə səni xatırlamaz,

Ətəyində qılmaz namaz.

Görünərsən qeyrəti az,

Sevər topal , şillər səni.


Yollarını bağlar fələk,

Qəm qucarsan ələk-ələk.

Məhərrəməm,eylə dilək,

Onda tapmaz, sellər səni.




QARABAĞLI AŞIQ VALEH

Şah ustaddı, şah babamdı,

Qarabağlı Aşıq Valeh.

Yanan qəlbimə dərmandı,

Qarabağlı Aşıq Valeh.
Təbli, təravətli olub,

Comərd, cəsarətli olub,

Haqqa ibadətli olub,

Qarabağlı Aşıq Valeh.

Ram eylədi Zərnigari,

Mələk misal bir nigarı.

Üstün tutdu o dildarı,

Qarabağlı Aşıq Valeh.


Adı İran,Turan gəzdi,

Mənəm deyənləri əzdi.

Ürəyi güldən təmizdi,

Qarabağlı Aşıq Valeh.


Əməllə savab qazandı,

Əli göylərə uzandı,

Təsdiqlənmiş bir ozandı,

Qarabağlı Aşıq Valeh.


Səsi ərşə bülənd oldu,

Bir ayağı Dərbənd oldu.

Azərbaycana bənd oldu,

Qarabağlı Aşıq Valeh.


Gəzdi Koroğlu sayağı,

Sözü demədi bayağı,

Cənnət bildi Qarabağı,

Qarabağlı Aşıq Valeh.


Ozanlarla qabaqlaşdı,

Qalib kimi o yarışdı.

Hörməti həddini aşdı ,

Qarabağlı,aşıq Valeh.


Dərdi oldu elin dərdi,

Tərif etdi dönməz mərdi,

Xalqa toy-nişan dilərdi,

Qarabağlı aşıq Valeh.


Görənləri etdi valeh,

Adı Sofi, özü Valeh.

Övladıydı aşıq Taleh,

Qarabağlı Aşıq Valeh.


Bəstəkar, şair, deyici,

Hər kəlməsi gövhər ,inci.,

Dilimdə sənsən birinci,

Qarabağlı aşıq Valeh.


Sənindi “Qarabağ şikəstə”,

“Zil qaytağı” gözəl bəstə.

“Qarabağı” könlüm üstə,

Qarabağlı Aşıq Valeh.


Unutmayır ağır ellər,

“Baş”, ”Ayaq sarıtel”lər.

Vəsf olundu çox gözəllər,

Qarabağlı Aşıq Valeh.


Başa vurdun yüz yaşını,

Sazla tapdın sirdaşını.

Açdın üzün qırışını,

Qarabağlı Aşıq Valeh.


Əbədisən ürək, qanda,

Məhərrəməm, bax bu anda.

Yaşayar adı cahanda,

Qarabağlı Aşıq Valeh.




QANSIZ OĞLU

Şər böhtanın ocağısan,

Ay mərfətsiz, qansız oğlu.

Biranələr bucağısan,

Xəyanətkar, şanssız oğlu.
Əməyinlə yozulmazsan,

Ləkən ilə pozulmazsan.

Kişi adı yazılmazsan ,

Gün saatsız, ansız oğlu.


Məhərrəmə dərd olubsan,

İşlərinə gərd olubsan.

Sən mənə namərd olubsan.

Qanlı ikən, qansız oğlu.




ARAM YOXDU

Yaxşılara heyranam,

Yamanlarla aram yoxdu.

Anlar içində anam,

Yalanlarla aram yoxdu.
Yan aldım haqqa doğru,

Əməlim verdi sorğu.

Çalayıb çapan oğru,

Talanlarla aram yoxdu.


Var Məhərrəm səfası,

Sazın-sözün cəfası.

Durub yolda qadası,

Qalanlarla aram yoxdu.


ƏZİZ BALAM

Harda olsan hikmət sözü,

Götür, mənim əziz balam.

Yalanı yox, doğru, düzü,

Gətir, mənim əziz balam.
Yaxşılarla oturub dur,

Mərdlər ilə məclislər qur.

Namərdlərin alnından vur,

Bitir, mənim əziz balam.


Ay Məhərrəm, yaxşılıq et,

Dədə-baba yoluyla get.

Bu həyatda imdada yet,

Yetir, mənim əziz balam.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin